"Win Phone" müsabiqəsi çərçivəsində seminar keçirildi


Press-reliz: “Microsoft Azərbaycan”, “Nokia” və “Nokia”nın Azərbaycandakı rəsmi distribyutoru «MobiTel» şirkətlərinin dəstəyi ilə reallaşan Hackathon” layihəsi çərçivəsində keçirilən «Win Phone» müsabiqəsinin seçim turu başa çatıb.

30 sentyabr 2012-ci il tarixində, ISR Plazada seçim turundan uğurla keçən iştirakçılar üçün təlim keçirilib. Nuranə Əliyeva (MobiTel) və Niyaz Abbasov (NEATS) təlimçi qismində çıxış etdiyi seminarda «Windows Phone ƏS üzərində qurulmuş Nokia Lumia Telefonları», «HTML 5», «PhoneGap» mövzularından bəhs olunub.

Müsabiqənin Təşkilat Komitəsindən verilən məlumata əsasən, ümumilikdə «Win Phone» müsabiqəsi 66 nəfər iştirakçı arasında keçirilir. Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur. Yarışmanın keçirilməsində əsas məqsəd Azərbaycan dilində, Windows platformasında mobil proqramların sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir.

Məlumat üçün qeyd edək ki, müsabiqənin təşkilatçıları “İlk Addımlar” elektron təhsil layihəsi və wpblog.az saytıdır.

Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

Aid olduğu bloglar

Tədbirlər

Azərbaycanda və Azərbaycandan kənarda baş verən, blogumuzun istifadəçilərinə maraqlı və faydalı ola biləcək tədbirlər haqqında

Oxucuları
12
Başlıqları
241
Reytinq
1.13

1 şərh

mayankroy
Mayank Roydan salam! Hackathon, kodlaşdırma bacarıqlarını göstərmək və digər mütəxəssislərlə rəqabət aparmaq üçün böyük bir platformadır. Bir neçə il əvvəl bu proqrama qatıldım və bunu sizə bildirməlisiniz ki, bu sizin biliklərinizi inkişaf etdirmək üçün böyük bir yoldur və bu da bacarıqlarınızı inkişaf etdirməyə kömək edir. Hər şeydən əvvəl, bu turnir qazanarsanız, müxtəlif mükafatlar da əldə edə bilərsiniz. Bu məlumatı paylaşdığınız üçün təşəkkür edirik. Xahiş edirik ziyarət edin: Outsourcing Photo Editing

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər