"Win Phone": “Hackathon Azərbaycan" layihəsi çərçivəsində növbəti müsabiqə


Azərbaycanda İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan “Hackathon Azərbaycan” layihəsi çərçəvisəində “Microsoft Azərbaycan”, “Nokia” və “Nokia”nın Azərbaycandakı rəsmi distribyutoru «MobiTel» şirkətlərinin dəstəyi ilə növbəti müsabiqəyə start verilir. «Win Phone» adlandırılan növbəti müsabiqənin seçim turu 24-28 sentyabr 2012-ci il tarixlərini əhatə edəcək.

Müsabiqənin Təşkilat Komitəsindən verilən məlumata əsasən, yarışmanın keçirilməsində əsas məqsəd Azərbaycan dilində, Windows platformasında mobil proqramların sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir. Yarışmaya iştirakçı olaraq qatılma şərtləri isə çox sadədir. Bunun üçün 24-28 sentyabr 2012-ci il tarixləri arasında www.hackathonazerbaijan.org saytına daxil olaraq, qeydiyyatdan keçmək kifayətdir. Qeydiyyatdan keçən şəxslərin müsabiqədə iştirakçı olaraq təmsil olunmaları müvafiq seçim əsasında müəyyənləşəcək.

Sentyabr ayının 30-da isə yarışmada iştirak hüququ qazanan iştirakçılar üçün təlim reallaşdırılacaq.Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur.

Təşkilatçılar “İlk Addımlar” elektron təhsil layihəsi və wpblog.az saytıdır.

Məlumat üçün bildirək ki, Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

Aid olduğu bloglar

Tədbirlər

Azərbaycanda və Azərbaycandan kənarda baş verən, blogumuzun istifadəçilərinə maraqlı və faydalı ola biləcək tədbirlər haqqında

Oxucuları
12
Başlıqları
241
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər