WordCamp Azərbaycan 2011 tədbiri


İnternetdə açıq qaynaqlı (open source) CMS skriptlərin ən populyarlarından biri də Wordpress-dir. Azərbaycan da da xüsusi ilə son zamanlarda istifadəsi çox genişlənib.
Wordpress blog skripti kimi faliyyətə başlayıb. Elə bu sahədə də xeyli tanınıb. Wordpress.com domainindən pulsuz blog xidməti kimi servis verir. Blog deyəndə ilk ağıla gələn script elə məhz Wordpress-dir. Deyərdəm hətta script olaraq tək özünü təsdiq edən blog scriptidir. Bu gün bir çox böyük şirkətlərin, saytların blogları Wordpress platforması altında fəaliyyət göstərir. İnternetdə bu platforma üzərində qurulmuş milyonlarla sayt var. Hər açılan 100 saytdan 22-i Wordpress üzərindədir.
Wordpress platformaları ilə işləyənləri bir araya gətirən tədbirlər WordCamp adı ilə keçirilir. Bu tədbirlərdən növbətisi Azərbaycanda, WordCamp Azərbaycan 2011 adı ilə keçiriləcək. Tədbir haqqında ətraflı buradan baxa ilərsiniz — 2011.azerbaijan.wordcamp.org/ Tədbir haqqında təsəvvür yaranması üçün wordpress.tv adresindəki videolara baxa bilərsiniz. WordCamp tədbiri, Qafqazda ilk dəfə Azərbayanda keçirilmiş olacaq.
13 Noyabr 2011-ci il tarixində (saat 10:00-dan 17:00-a kimi) keçiriləcək WordCamp 2 paralel sessiyadan ibarət olacaq.
D sessiyası — Develop / Dizayn – Texniki məsələlər, Plug-in və Tema hazırlanması, Mobil inteqrasiya, CSS, API, JavaScript, HTML5 və s.
M sessiyası – Məzmun / Menecment – WordPress haqda hər şey, bloqdan qazanc, məzmun strategiyası, elektron biznes, təhlükəsizlik, ziyarətçi cəlbi və s.

Tədbirdə iştirak etmək istəyənlər üçün isə limitli sayda – yalnız 100 bilet nəzərdə tutulmuşdur.
Siz spiker olmaq üçün və ya tədbirin könüllüsü olaraq onun təşkilində iştirak edə bilərsiniz! Bunun üçün əlaqə saxlamalısınız — 2011.azerbaijan.wordcamp.org/contact/.
Tədbirin imformasiya dəstəyini Weboxu blogu olaraq verəcəyik.

Aid olduğu bloglar

Tədbirlər

Azərbaycanda və Azərbaycandan kənarda baş verən, blogumuzun istifadəçilərinə maraqlı və faydalı ola biləcək tədbirlər haqqında

Oxucuları
12
Başlıqları
241
Reytinq
1.13

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər