eduCat IT kursları

Hər birinizi salamlayırıq. Yeni uğurlar əldə etmək üçün hər birimizə biliklər və bu bilikləri təsdiq edən sertifikatlar lazım olur. Biz, eduCat tədris mərkəzi olaraq, Azərbaycanda ən ilk IT tədris mərkəzi kimi keçirdiyimiz seminarlar, tədris etdiyimiz istiqamətlər üzrə treninqlər haqda sizlərlə məlumat bölüşümü edirik.
Tədris mərkəzi haqqında bir neçə maraqlı faktı sizinlə bölüşmək istərdim:

eduCat tədris mərkəzi 1998-ci ildə yaranıb və bu günə kimi 15 mindən çox tələbə bizim kurslarda təhsil alıb. Microsoft, Cisco, VMware, Oracle, Unix/Linux, SAP, ITIL, Project Management, Biznes-training, Java, 1С: Предприятие, Adobe, İnformasiya təhlükəsizliyi (ISO 20000, 27000 və s.) və Microsoft Office istiqamətləri üzrə kurslar keçirilir. Müəllimlər yerli, eləcədə əcnəbi mütəxəssislərdir. Keçirilən kurslar üzrə(məs. Microsoft, Cisco və s. sertifikatları) imtahan vermək üçün Prometric və Pearson VUE imtahan mərkəzləri var.

WebOxu kollektiv IT blog olduğuna görə, burada Azərbaycanın İnformasiya Texnologiyaları üzrə ən tanınmış insanları, eləcədə bu sahə üzrə maraqlanan ən fəal gənclər toplaşıb. Bu cəhətdən, sizlərlə bölüşəcəyim kurslar, gələcəyinizi qurmaq üçün lazım olan məqamlardan biridir. Buyurun, bu ilin yanvar-fevral ayları üçün eduCat tədris mərkəzinin cədvəlini Sizə təqdim edirəm:

6232 — Microsoft SQL Server 2008`də məlumat bazası realizasiyası — 30.01.2012 — 5 gün (40 saat)
ICND1 — Cisco qurğuları üzrə şəbəkə qurulması. I hissə — 06.02.2012 — 5 gün (40 saat)
ITILv3 — ITIL v3 əsasları. Şirkətin IT bölümünün təşkili prinsipləri — 06.02.2012 — 3 gün (24 saat)
10174A — Microsoft SharePoint 2010 düzəlişi və administrasiyalaşması — 06.02.2012 — 5 gün (40 saat)
OSA1 — ITIL v3 Əməli dəstək və analiz – I hissə — 09.02.2012 — 3 gün (24 saat)
PM (Project Management) – Layihələrlə idarə — 13.02.2012 — 3 güb (24 saat)
10135A — Microsoft Exchange Server 2010 Düzəliş, idarə və nasazlıqların aradan qaldırılması — 13.02.2012 — 5 gün (40 saat)
ICND2 — Cisco qurğuları üzrə şəbəkə qurulması. I I hissə — 13.02.2012 — 5 gün (40 saat)
QOS – Müəssisə şəbəkəsində QOS — 13.02.2012 — 5 gün (40 saat)
RH033 — Red Hat Linux əsasları — 13.02.2012 — 5 gün (40 saat)
50322 — Windows 7 düzəlişlər və konfiqurasiya — 13.02.2012 — 5 gün (40 saat)
OSA2 — ITIL v3 Əməli dəstək və analiz – II hissə — 16.02.2012 2 gün (16 saat)
SECURE — Cisco kommutator və marşrutizatorları köməyilə şəbəkələrin təhlükəsizliyinin təmin edilməsi — 20.02.2012 — 5 gün (40 saat)
CobiT – İnformasiya sistemlərinin idarəsi və auditi — 20.02.2012 – 2 gün (16 saat)
VICM — VMware vSphere 5: Yüklənmə, düzəlişlər, idarə — 20.02.2012 — 5 gün (40 saat)
420B — Windows Server 2008 tətbiqetmələri üçün şəbəkə infrastrukturunun və platforması əsasları — 20.02.2012 — 5 gün (40 saat)
11gSQL1 — Oracle Database 11g: SQL1 əsasları — 20.02.2012 3 gün (24 saat)
BGP – Cisco marşrutizatorlarında BGP — 20.02.2012 — 5 gün (40 saat)
11gSQL2 — Oracle Database 11g: SQL2 əsasları — 23.02.2012 — 2 gün (16 saat)
6421B — Windows Server 2008 strukturunun düzəlişi və nasazlıqların aradan qaldırılması — 27.02.2012 — 5 gün (40 saat)
VMDS — VMware vSphere 4: Təhlükəsizlik üçün düzəliş və dizayn — 27.02.2012 — 3 gün (24 saat)
6428 — Windows Server 2008 Terminal Services düzəlişi və nasazlıqların aradan qaldırırlması — 27.02.2012 — 2 gün (16 saat)
11gDBA1 – Server Oracle Database 11g: Administrasiyanın əsasları, I hissə — 27.02.2012 — 5 gün (40 saat)
MS_Project2010 — MS Project 2010 layihələri ilə idarə — 27.02.2012 – 3 gün (24 saat)
ROUTE — Cisco. IP marşrutlanmanın həyata — 27.02.2012 — 5 gün (40 saat)
6292A — Установка и настройка Windows 7 — 29.02.2012 — 3 gün (24 saat)

Yuxarıda, “administrasiya, realizasiya, marşrutizasiya (laşdırma), kommutator” və s. kimi terminləri tərcümə etmədik ki, daha aydın görsənsin. Kursun qarşısında olan kodlar rəsmi, eləcədə eduCat tərəfindən kurs üçün təyin edilmiş kod adıdır. Qeyd edilmiş gün və saatlar haqda aydınlıq gətirim. Kurslar gündə 8 saat olur. Məs. kurs 40 saat – yəni 5 gün ardıcıl 8 saat olaraq keçirilir. Kurs ərzində tələbə, dərs arası Coffee Break otağında çay/kofe, nahar (TOSCANA restaurant`da), kurs üzrə dərs vəsaiti (kitab, bloknot, qələm və s.) və sonda daimi eduCat sertifikatı əldə edir. Yuxarıda göstərdiyim kursların bir çoxu daha professional şəkildə keçirildiyi üçün əcnəbi sertifikatlaşmış mütəxəssislər dəvət olunur. Bu da kursların əsasən rus dilində keçirilməsi deməkdir. Əgər kurslar haqda ətraflı məlumat almaq istəsəniz http://educat.az/trainings ünvanı üzrə keçib, ətraflı məlumat ala bilərsiniz. Eləcədə, əgər may ayına qədər olan cədvəl ilə tanış olmaq istəsəniz, bu ünvan üzrə keçin: http://educat.az/schedule
Kursların qiymətləri ilə bağlı sualları [email protected] və yaxud +994 (12) 497-04-48, +994 (12) 493-22-02, +994 (55) 208-44-48 nömrələri üzrə verə bilərsiniz. Digər məlumatlarla bağlı sualları burada verə bilərsiniz. Çalışıb Sizə ətraflı məlumat verərəm.

Siz eləcədə sosial servislərdə bizi izləyə bilərsiniz:
Facebook: https://www.facebook.com/educat.az
Twitter: http://www.twitter.com/aicgroup

Aid olduğu bloglar

EduCat

Учебный центр EDUCAT | AIC Group
EDUCAT (AIC Group) – один из ведущих учебных центров в области корпоративного обучения. Компания работает на азербайджанском рынке с 1998 года и является лидером авторизованного обучения. Проводя очное обучение и участвуя в больших образовательных проектах, EDUCAT (AIC Group) за свою деятельность подготовил более семи тысяч специалистов.
Приоритетным направлением деятельности EDUCAT (AIC Group) является оказание комплексных услуг по подготовке и повышению квалификации персонала предприятий, представляющих различные сферы деятельности, и бюджетных организаций. Комплекс услуг предполагает разработку концепции обучения персонала предприятия; подготовку программ обучения, включая разработку контента дистанционных курсов; администрирование, методическое сопровождение и техническое оснащение учебного процесса; тестирование и сертификацию по окончании обучения.
Центр стал первым в Азербайджане авторизованным центром тестирования по международным программам сертификации пользователей Microsoft Office. Центр проводит подготовку компьютерных специалистов и пользователей по широкому перечню специальностей.
Преподаватели Центра обладают богатым опытом по своей специальности и в смежных областях. Их квалификация подтверждена международными фирменными сертификатами самого высокого уровня. Это авторизованные инструкторы Microsoft, авторизованные инструкторы Microsoft Office Specialist и сертифицированные специалисты Autodesk, CompTIA, Oracle, Sun. В своей работе они опираются на проверенную временем методику интенсивной подготовки широкого круга слушателей.

Oxucuları
3
Başlıqları
10
Reytinq
1.13

2 şərh

farxadus
Gələn həftə, 6232 — Microsoft SQL Server 2008`də məlumat bazası realizasiyası — 30.01.2012 — 5 gün (40 saat) kursları başlayır.
mariakim
When I saw your article, particularly this post you fulfilled me extremely. It is happened that I truly cherish perusing this sort of articles. I don't have a clue, however I adore it. It is carefully formed and even do my essay for me I am revived by your composed style as well. Go for this to having a wonderful assistant in writing and even you can get the guidelines too

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər