Bitcoin yenidən ucuzlaşır - 2000 dollar


İlin əvvəlindən etibarən qiymətləri 250%-dən çox dəyər qazanaraq 720 dollardan 3.000 dollara qədər yüksələn «Bitcoin» yenidən eyni sürətlə ucuzlaşmağa dava edir. Belə ki, 15 iyul tarixindəki göstəricilərə əsasən «Bitcoin» qiymətlərində 400 dollara qədər ucuzlaşma müşahidə olunub. Belə ki, hazırda bitcoin kursu 2000 dollar dəyərindədir.

Qeyd edək ki, Bitcoin-in qiymətinin qalxması ABŞ Prezidenti Donald Trump-ın siyasətinin qlobal qeyri-müəyyənlik yaratmaq potensialına qarşı özlərini qorumaq istəyən investorların yenidən rəqəmsal pullara yönəlməsilə izah olunurdu.

İnvestorların Bitcoin-ə üz tutmalarına səbəb kimi Trump rəhbərliyinin rəqəmsal valyutalara qarşı qanunvericiliyi yumuşaldacağı spekulyasiyaları da təsir göstərdiyi iddia olunurdu.

Bitcoin 2008-ci ildə Satoshi Nakamoto tərəfindən yaradılmış, hər hansı bir bankla, rəsmi təşkilatlarla və s ilə əlaqəsi olmayan, ancaq ölkələrin pul vahidləriylə alınıb satıla bilən, transfer edilə bilən bir növ rəqəmsal pul vahididir. Qlobal bazarlarda, Dollar və Avroya alternativ olaraq önə çıxan Bitcoinin simvolu ฿, qısaltması isə BTC kimidir.

Aid olduğu bloglar

E-biznes

Elektron biznes haqqında məlumatlar. İnternet satınalmaları, ödəmə sistemləri, investisiya qoyuluşları və s.

Oxucuları
5
Başlıqları
17
Reytinq
0.00

2 şərh

Gunel21seyid0321
men nece elde ede bilerem bitcoin hesab acib bitcoin almaq isteyirem
renuka
Engineering as a subject combines mathematics, logic and science to find solutions to our daily life problems. Over the last few decades, engineering as a profession has seen vast expansion.
Best Engineering college in Chandigarh
Engineering college in punjab
Mechanical Engineering college in chandigarh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər