Box.az-da bildirişlər qovluğu

Box.az blogunda yeniliyi haqqında məlumat verib:
Sosial şəbəkələr (Facebook, Odnoklassniki, Vkontakte və s.) getdikcə populyarlaşmaqdadır və bir çox Box.az istifadəçisi bu sosial şəbəkələrə üzvdür.

Social şəbəkələrin əsas xüsusiyyətlərindən biri də şəbəkənizdə baş verən hər bir şey haqda sizə bildiriş məktubu göndərməkdir. Məsələn dostunuz sizin şəkilinizi bəyəndi, sizin şərhinizə cavab verildi, və s., və i.a.

Nəticədə sizin poçt qutunuz bu sosial şəbəkə bildirişləri ilə dolur, normal məktubları bildirişlər arasında tapmaq getdikcə çətinləşir, poçt qutusu yararsız hala gəlir.

Aktiv sosial şəbəkə istifadəçiləri gündə yüzlərlə bildiriş alırlar. Nəticədə onların poçt qutusunda 10.000-dən çox bildiriş məktubları yığılır ki bu da poçt qutusunun dolmasına gətirib çıxarır.

Onu da qeyd edək ki, bildirişlər sadəcə gəldiyi an əhəmiyyət daşıyır. Məsələn kiminsə sizin şəklinizi bəyənməyi bildikdən sonra o məktubun heç bir əhəmiyyəti qalmır və silinə bilər. Lakin bir çox istifadəçilər bunları silmədən poçt qutusunda saxlayır.

Bildirişlər Qovluğu
Bütün bunları nəzərə alaraq biz yeni “Bildirişlər” virtual qovluğunu əlavə etdik.

Nəticədə sosial şəbəkələrdən gələn bildirişlər avtomatik olaraq sizin “Gələnlər” qovluğunuzdan arıdılaraq xüsusi “Bildirişlər” qovluğuna toplanılır. Beləliklə sizin “Gələnlər” qovluğunuzda normal məktublar, “Bildirişlər” qovluğunda isə sosial şəbəkə bildirişləri toplanılır.


Hal-hazırda aşağıdakı sosial şəbəkələrdən gələn bildirişlər dəstəklənir:

* Facebook
* Odnoklassniki
* Vkontakte
* Twitter
* LinkedIn
* Flickr
* YouTube

Yuxarıdakı şəbəkələr populyarlıqları əsasında seçilmişdir. Lakin əgər sizin istifadə etdiyiniz başqa şəbəkələr varsa və onların bu siyahıya əlavə edilməsini istəyirsinizsə o zaman aşağıdakı şərhlərdə bizə bildirin.

Bildirişlərin Silinməsi
“Bildirişlər” qovluğu həmçinin bildirişlərin silinməsini də rahatlaşdırır. Yuxarıdakı şəkildən göründüyü kimi, “Bildirişlər” qovluğuna daxil olduqdan sonra “Boşalt” düyməsini seçməklə siz bütün sosial şəbəkə bildirişlərinizi bir kliklə silə silərsiniz.

Aid olduğu bloglar

Box.az

Azərbaycan internetində ən böyük e-mail servisi olan Box.az`ın blogu

Oxucuları
39
Başlıqları
21
Reytinq
6.50

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər