Box.az Chat necə görünür? [foto]


Azərbaycanın ilk çat (ani mesaj) proqramını kompüterinizə yükləyə bilməyiniz üçün təqribi 4 gün vaxt qalır. Bu haqda bir müddət əvvəl də yazmışdım. Bu proqramın köməkliyi ilə, nələr etməyin mümkün olduğu bütün istifadəçilərə artıq bəllidir. Əsas maraq proqramı yükləyib, ondan istifadənin necə olduğunu öyrənməkdir. Bəs ilk ani mesaj proqramı necə görünür? Maraqlananlar üçün proqramdan 2 ekran görünüşünü blogda yerləşdirim:





Proqram tam reliz olandan sonra haqqında öz fikrimi də ətraflı olaraq yazacam.
Ancaq şəkillərdən göründüyü kimi bir neçə sözü də əlavə edə bilərəm ki, indidən görünürki proqramda bir pəncərə olacaq və tablar şəklində söhbətləşilən insanlar ayrılacaq. Təbii olaraq KİM sistemi ilə inteqrasiyası mövcuddur. Ətraflı olaraq da inşa Allah 4-5 gün sonra yazaram.

Aid olduğu bloglar

Box.az

Azərbaycan internetində ən böyük e-mail servisi olan Box.az`ın blogu

Oxucuları
39
Başlıqları
21
Reytinq
6.50

7 şərh

Tural
İlk baxışdan əla görsənir. Dediyin kimi çıxdıqdan sonra istifadə edərik, necə olduğu onda daha aydın olar. Məlumat verdiyin üçün təşəkkürlər
AzeriFire
Əla görsənir. Nədənsə Ubuntu yadıma düşdü dizayna baxanda =)
kiber
Əla görünür, görəsən buna daimi maraq olacaqmı???
Baby-boy
Əla, düşünürəmki proqramın daima müəyyən intervallarla yeni funksionallıqlarla yeni versiyaları çıxsa bu proqram Azərbaycanda çox istifadə olunar.
MRenat
Pis görünmür :)
İrəli box.az
Oruc
əla, təqdirə laiq bir proektdir.

P.S Box.az… aznetdə zərər gəlməsini istəmədiyim tək-tük saytlardan biri…

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər