Box.az-da Kim? var.

Bu gün Box.az rəsmi blogundan yeni bir xidmətini tanıtdı. Yeniliyin şərti adı «Kim?»dir. Bu Box.az-ın yeniliklər silsiləsindən olan növbəti addımdır. Əslində bu şərti ad mənə heç də yad deyil. 2008-ci ildə Barcamp Azərbaycanda tanıtımı edilmişdi — Kim.az. Düzdü fərqli ampulada idi. Ancaq indiki forma daha fərqli və daha yaxşıdır. O vaxtki təqdimat haqqında fikirlərimi Oxatanda yazmışdım.
Yeni Kim haqqında isə Box.az-ın rəsmi blogundan oxuyun, mən isə öz fikirlərimi qeyd edim.

Bir müddət əvvəl Box.az haqqında onun sosiallaşması ilə əlaqədar fikir yürütmüşdüm. Bu yeniliklər isə həmin fikrin davamı kimi gəlir. Kim.az-ın əvvəlki ampulada müvəffəqiyyət qazanması çox sual altında idi. Bu isə əksinə. İnteqrasiyalar yavaş-yavaş edilir. İstifadəçilər bir növ qorxmadan sistemə alışırlar. Kim.az saytına daxil olduqda isə, rəsmi blogda «Kim?» yeniliyi üçün olan logo və tezliklə yazısını görmək olar. Uğurlu inteqrasiyadır. Mən box.az-dan intensiv istifadə etmirdim. Yeniliklər sayəsində gündəlik daxil olunan bir platforma halını ala bilər.
Box.az-da olan profilimə əl gəzdirdim — box.az/kim/oxatanc
Diqqətimi çəkən məqamlar:

Görüldüyü kimi axtarış nəzərdə tutulub. Düzdür hələki aktiv deyil. Ancaq növbəti mərhələlər üçün bir işarədir.
Profil şəkli isə .png formatda yükləyəndə transparent şəklin forması xarab olur:

Nəzərə alınsa çox yaxşı olardı.

Qısa adların, məsələn box.az/kim/oxatanc maillə əlaqəli olmağı nə dərəcədə düzgündür bilmirəm. Axtarışın formasından asılı olaraq bunu mailləri spam üçün yığmaqda da istifadə etmək olar. Ona görə fikrimcə bir az daha həssas yanaşmaq lazımdır. Maillə bir-başa əlaqəsi olmasın. İnsan öz profilini kimləsə paylaşanda, öz mailini də paylaşmış olursan. Məsələn default olaraq hansısa bir ID ola bilər, istifadəçi isə öz profil adını öz istəyi formada seçə bilər. Beləcə spamlardan qorunmaq asan olar.

Box.az-a uğurlar. İnşa Allah yeniliklər davamlı olsun. Yaxında növbəti yeniliyi haqqında xəbər tutacağıq.

Aid olduğu bloglar

Box.az

Azərbaycan internetində ən böyük e-mail servisi olan Box.az`ın blogu

Oxucuları
39
Başlıqları
21
Reytinq
6.50

4 şərh

Turalfot
Bilmirem niye, amma box.az heqiqi mene dogma gelir. Coxdan olsa da, hal-hazirki sade yox yeni dizayn menim cox xosuma gelir.

Kim'e gelende, maraqlidi, amma ele bir sebeke varmi ki, box.az istifadecileri basqa profayllarla ordan tanis olsunlar?
Shaig
Başqa profile-larda dedikdə nə nəzərdə tutulur. Bir növ box.az-ın kim platformasına başqa e-maillərlə daxil olmaq ya necə?
Turalfot
Men bele basha dusurem ki, box.az ele bir istiqametde gedir ki, box.az istifadecileri arasinda sebeke yaratmaga calisir — profayl acilir, melumat qoyursan. Bir nov üzü tanışlıq-söhbət istiqamətinə gedir. Yaxsi bes tutalim bir istifadeci box.az vasitesile diger profaylari nece tapacaq ki, onlarla elaqe yaratsin? Yani onsuz oz tanislarinin box.az unvanin bilir, onlarin profaylina baxa bilmeycun sozsuz ki, gedib kim.az'a girmeyecek. Bu kim.az butun box.az profayllarinin bir nov bazasi olacaq?
Shaig
Tanışlıq deyil, sosial bir platforma olmaq istiqamətinə gedir. Kim? həmin bu platforma olacaq. Digər sosial platformalarda olduğu kimi burada da axtarış vasitəsilə digər box.az istifadəçilərini tapmaq mümkün olacaq.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər