Əlavələri yükləmək üçün yeni alət

Bu gün Box.az`ın blogunda belə bir yazı oxudum. Mənə Gmailin funksiyasını xatırlatdı. Yazını buyurub oxuya bilərsiniz:
Çox zaman məktub göndərərkən ona şəkil, video və ya başqa sənədlər əlavə edirik. Əlavə olunan faylın ölçüsü 1MB-dan böyük olduqda bu bir qədər vaxt ala bilər. Bu faylı yükləyən adamda sual yaranır ki “mənim faylımın nə qədəri yüklənib, nə qədəri qalıb?“, “bəlkə heç fayl yüklənmir, bağlantıda problem var?“. Bu problem zəif, dial-up bağlantılarında daha da aktualdır.

Bunu nəzərə alaraq biz Box.az-a yeni yükləmə alətini əlavə etdik. Bu alət vasitəsilə siz nəyinki yükləmə prosesinə nəzarət edə bilərsiniz, həmçinin eyni zamanda birdən çox fayl seçə bilərsiniz!

Aşağıdakı şəkildə “Fayl əlavə et” düyməsinə basdıqdan sonra çıxan dialoq pəncərəsi göstərilib. Gördüyünüz kimi bu pəncərədə siz eyni anda bir neçə fayl seçə bilərsiniz


Faylları seçdikdən sonra “Open” düyməsinə basın və onlar növbə ilə məktuba əlavə olunmağa başlayacaq. Faylın yüklənməsi onun qarşısındakı indikator vasitəsilə sizə göstəriləcək (aşağıdakı şəkildəki kimi). Siz “Ləğv et” keçidini seçərək faylın yüklənməsini dayandıra bilərsiniz və ya təkrar “Fayl əlavə et” deyərək daha da çox fayl əlavə edə bilərsiniz. Fayllar yüklənərkən siz məktubunuzu yazmağa davam edə bilərsiniz.

Qeyd edək ki, yeni yükləmə yalnız Yeni Box.az-da mövcuddur. Həmçinin bir ümumi həcmi 10MB-dan çox olmayan 20 ədəd əlavə etmək olar.

Aid olduğu bloglar

Box.az

Azərbaycan internetində ən böyük e-mail servisi olan Box.az`ın blogu

Oxucuları
39
Başlıqları
21
Reytinq
6.50

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər