Unudulmuş parolların bərpası mexanizmi yeniləndi

Box.az rəsmi blogunda yeniliyini təqdim etdi:
Parolun unudularaq və ya başqa bir səbəbdən itirilməsi heç də nadir hallardan deyil. Misal üçün tez-tez rast gəlinən hallardan biri – parolumuzu dəyişirik, növbəti girişdə isə yeni parol yada düşmür! Bu cür hallarda istifadəçilərimizin yardımına parolun bərpası sistemi gəlir.

Lakin parolunuzu bərpa etmə üsulundan təkcə siz deyil, sizin hesabınızı ələ keçirmək istəyən başqa şəxslər də ola bilər. Məhz buna görə, istifadəçilərimizin xidmətdən daha əminliklə istifadə etmələri üçün biz parolun bərpa sistemini yenilədik, onu daha etibarlı və təhlükəsiz etdik.

Yeni parolu bərpa etmək üçün istifadəçi adınızı daxil etdikdən sonra sistem avtomatik olaraq bu istifadəçiyə uyğun bərpa üsullarını göstərəcək.
Misal üçün aşağıdakı şəkildə hazırda mövcud olan iki bərpa üsulu istifadəçiyə təklif edilmişdir. Bunlardan birini seçərək bərpaya başlanıla bilər:



Qeyd edək ki, bu bərpa üsullarının aktiv olması istifadəçinin son giriş tarixindən və alternativ email ünvanını göstərib-göstərməməsindən aslıdır. Daha dəqiq desək, əgər istifadəçi öz hesabına son 24 saat içində daxil omuşdursa o zaman məxfi sual ilə bərpa üsulu aktiv olmayacaq. Bunun vasitəsilə biz aktiv istifadəçilərimizin hesablarını qorumuş oluruq.

İkinci halda, alternativ email göstərilmişdirsə, istifadəçinin hesabında göstərmiş olduğu alternativ email ünvanına bərpa məktubu göndəriləcək. Box.az yeni parol göndərmək əvəzinə həmin istifadəçiyə xüsusi bərpa keçidi göndərəcək (aşağıdakı şəkildə göstərildiyi kimi). Bərpa keçidini açdıqda istifadəçiyə yeni parolu daxil etmək təklif ediləcək.



Bütün bu yeniliklər həm bərpa sistemini daha etibarlı edir həm də parolun/hesabın oğurlanması hallarının qarşısının alınmaqda kömək edir.

Son olaraq bütün istifadəçilərimizdən məxfi sual və cavabları heç kimlə paylaşmamaqlarının vacib olduğunu xatırladmaq istərdik. Əgər məxfi sual/cavabınızı unutmusunuzsa o zaman elə indicə yeniləyin və unutmayacağınız və eyni zamanda başqalarının bilmədiyi sual/cavabdan istifadə edin. Əğər başqa bir email ünvanınız varsa onu da alternativ email kimi göstərin.

Aid olduğu bloglar

Box.az

Azərbaycan internetində ən böyük e-mail servisi olan Box.az`ın blogu

Oxucuları
39
Başlıqları
21
Reytinq
6.50

5 şərh

Tural
Mən ümumiyyətlə box.az saytını bəyənirəm. yeri gəlmişkən istifadəçisiyəm. bu yeniliklərinidə qiymətləndirirəm. inanıramki bu hamını işinə yarayacaq.
Shaig
Onu da deyim ki, hələ box.az`ın yeniliklərini eşidəcəyik inşa Allah. Yolda olanları var.
Tural
Box.az-ın proqramıda olsa əla olar. Yəni MSN, Agent kimi. Məncə belə istifadəçi sayınıda artırmaq olar…
Strange
tekce mence bu yenililerle kifayetlenmek laizm deyil box.azi inkishaf etdirmek lazimdi. Amma xebere sevindim
Millenium
Burda eede super bir yenilik yoxdur. Bir cox serviler bu iki usuluda tetbiq edir, ozude coxdan. Siz yaxshii budur parolu mobil telefona sms vasitesi ile gondermeyi elave edin.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər