Box.az sosiallaşır


Son vaxtlarda Box.az`dan çox danışmağa başladıq. İndi də görürəm ki, internetimizin populyar e-poçt servisi Box.az getdikcə sosiallaşmağa başlayır.
Belə ki, bütün box.az istifadəçilərinə "Şəxsi Məlumatların Paylaşması Haqda Mühüm Məlumat" başlıqlı e-mail yollayıbdı. Maili oxuyanda belə qənaətə gəlmək olar ki, Box.az mail olmaqla yanaşı həmdə gedərək sosiallaşır. Əslində bu da təəccüblü deyil. Elə dünən yazmışdımki, Google da Gmail tərkibində Google Buzz`u işə salıbdı. Box.az`ın mailinin tərkibi isə belədir:
Profayl Səhifəniz və Məxfiliyi

Box.az tezliklə istifadəçilərinə profayllarını digər istifadəçilərlə paylaşmaq imkanını yaradacaq. Box.az-da qeydiyyatdan keçmiş hər bir istifadəçi bu xidmətdən yararlanaraq özü haqda paylaşmaq istədiyi məlumatı bu səhifədə yerləşdirə biləcək.

Profayl səhifəsi sizin ad, soyad, doğum tarixi, maraq və hobbiləriniz, təhsil və iş yeriniz, və s. kimi məlumatlardan ibarət olacaq.

Məktub göndərdiyiniz zaman, sizin məktubu alan adam bu məlumatlarla tanış olmaq imkanına sahib olacaq. Lakin bu məlumatları təkcə Box.az istifadəçiləri deyil, bütün internet istifadəciləri ilə paylaşmaq imkanınız olacaq.

Profayl xidmətini qıssa zamanda təqdim olunacaq. Odur ki, profayl məlumatlarınızı elə bugün yeniləyin. Yeniləmək üçün Yeni Box.az-da sol tərəfdə «Profayl» menyusunu seçin.

Adi halda sizin profayl yalnız Box.az istifadəçiləri tərəfindən görünəcək. Əgər siz profaylınızı paylaşmaq istəmirsinizsə, o zaman aşağıdakı addımlar vasitəsilə sizin haqda məlumatı gizlədə bilərsiniz:

1. Yeni Box.az-da sol tərəfdə «Profayl» bölumünə daxil olun
2. "Əsas Məlumat" səhifəsindəki «Məxfilik» qutusunda məxfilik dərəcələrindən birini şeçin (şəkildə göstərildiyi kimi)
3. «Saxla» düyməsinə basaraq dəyişiklikləri saxlayın.

Aid olduğu bloglar

Box.az

Azərbaycan internetində ən böyük e-mail servisi olan Box.az`ın blogu

Oxucuları
39
Başlıqları
21
Reytinq
6.50

8 şərh

AzeriFire
Çoooox çooox sevindirici və bəyənilən addımdır. Son zamanlar «box.az qayıdışı» baş verir və tərifəlayiq halda, sırf milli məhsul kimi baş verir. Nə dəstək lazımdırsa məncə biz biz də iştirak etməliyik. Bir birimizin ayağını tapdalamaqdan keçmək lazımdır, çətin yolları keçməkdə köməklik etməyə.
Shaig
Razıyam.
Ümumiyyətlə 2010-cu ildən deyəsən nəsə gözləməyə dəyər. Zənnimcə Box.az`ın irəliləyişi də davam edəcəkdi. Hələki son deyil =).
AzeriFire
Mən sevinirəm bu hala.WEB2.0 gec də olsa, gəlir =) Özüm də tvitləmişdim bir ay təqribən öncə ki, mobilandı sosial şəbəkəyə çevirirəm getdikcə.
Shaig
Xeyirliylə. Mənim də reallaşmağı gözləyən bəzi projectlərdən xəbərim var. Hansıki getdikcə efirə veriləcəkdi. Hazır olanda hamsını burada blogdan paylaşacam.
AzeriFire
Uğurlar. Səbirsizlikə gözləyirəm. =)
Ferhad
2010-dan çox şey gözləyirəm :)
Sadig
məndə =) 2010-da çox canlanma eləmək olar fikrimcə ) görək nə olur…
Shaig
Bu Box.az`da Buzz bənzəri nəsə çıxarsa pis olmazdı )

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər