Google və Yandex-dakı dostlarınızla çatlaşın

Box.az`ın blogundan rəsmi açıqlama:
Box.az istifadəçiləri artıq yalnız öz aralarında deyil, həmçinin Google və Yandex-dakı dostları ilə də çatlaşa biləcəklər.
Box.az Çatı genişlənərək digər çat xidmətləri ilə əlaqə yaratmağa başladı. Bunlardan ilk ikisi rusiyanın ən böyük portallarından olan Yandex və dünyanın nəhənglərindən olan Google oldu.
Əgər sizin əlaqə qurmaq istədiyiniz şəxs Google Talk/Gmail və ya Yandex Online-dan istifadə edirsə, sadəcə onun poçt ünvanını “Çata dəvət et” qutusuna daxil edib onunla çatlaşmaq istədiyinizi bildirin. Həmin şəxsin poçt ünvanı müvafiq olaraq @gmail.com, @googlemail.com, @ya.ru, və ya @yandex.ru sunluqlarından biri ilə bitməlidir. Bundan sonra siz həmin şəxslə adi qaydada çatlaşa biləcəksiniz.
Onu da qeyd etməliyik ki, sizin tam adınız və profayl şəkliniz çata dəvət etdiyiniz şəxsin çat proqramında avtomatik olaraq görünəcək. Misal üçün, aşağıda Yandex istifadəçisinin Box.az çatındakı dostu ilə yazışarkən gördüyü profal şəkili və adı göstərilmişdir. (Qeyd: Google-dakı məhdudiyyətdən dolayı Google istifadəçiləri Box.az-dakı profayl şəkillərini hələlik görə bilmir)
Bu bağlantı təkcə birtərəfli deyil. Yəni sizin Google Talk, Gmail, və ya Yandex istifadə edən dostlarınız da sizi öz çatlarına əlavə edə bilərlər. Bunun üçün onlar sadəcə sizin Box.az-dakı email ünvanını öz kontakt siyahılarına əlavə etməlidirlər.

Çata dost əlavə etmək haqda əlavə məlumatla burada tanış ola bilərsiniz: blog.box.az/docs/chat/

Aid olduğu bloglar

Box.az

Azərbaycan internetində ən böyük e-mail servisi olan Box.az`ın blogu

Oxucuları
39
Başlıqları
21
Reytinq
6.50

9 şərh

Millenium
Bəsdidə Google-nin işlərini öz adından yayınladı. Hamma əla bilir ki, Box.Az harda yerləşib və necə işləyir :)
Shaig
Bu Google`un işləri deyil. Bu ümumi jabber`in sistemidir. Google da, Yandex də ondan istifadə edir. İndi də Box.az həmin sistemi tətbiq edir.
Millenium
Yeri gəlmişkən, mən http://www.lastochki.net-də 7.5 GB mail-box verirəm ;) özüdə havayı :-p və heç bir reklam olmadan!
Ayyubov
Məncə ağıllı addımdır. Pis heç bir şey görmürəm.

Millenium, hər halda zarafatyana yazmısan?

Maraqlıdır ki, əgər Box.Az-dan daha üstün sistemin və imkanın varsa, niyə bu bazara girmirsən?
Shaig
Ümumiyyətlə pis heç nə ola bilməz. İnteqrasiyalar, API`lə günümüz web 2 internetinin birbaşa tələbləridir. Hətta biz bu tip şeylər üçün gecikmişik.

İndilərdə isə Box.az`ın bazarını çətin əldən almaq olsun. amail.az buna cəhd eləmək istədi ancaq alınmadı. İndi box.az`a düşən iş odurki yenilikdən əl çəkməsin.
eysar
Məncə doğru addımdır.Box.az daim inkişaf etməlidir.Amma inkişafın birinci şərti serverin local şəbəkədə yerləşməsidir.Yoxsa mən məşhur poçt saytlarını box.az -a niyə dəyişməliyəm.Düzünü deyim ki mail.ru məndə box.az dan tez açılır.Bir də box.az files.mail.ru kimi servis yaratsaydı lap əla olardı.Ümid edrəm ki, bu dəyişikliklər uzun müddətli olacaq.
Sadig
Mənim bildiyim qədərilə box.az`ın serveri localdı, Azərbaycanda yerləşib.
Shaig
Box.az`ın serveri Azeronline`da yerləşir. Ona görə də local`lı baxımından problemi yoxdur. Hətta xarici serverlərlə əlaqə itəndə Box.az`a qoşulmaq olur.

Məncə Box.az`da çatışmayan cəhətlərindən biri gmail kimi e-maillə`i eyni yerdən nəzarət yoxdur.
khanim
search yoxdu, birde gec yuklenir, yuklenende sehvler verir, nastroykada da sehv verir hemise mende :( amma adi xosuma gelir deye ishledirem :D

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər