Box.az connected to GMail - yerli eMail servisindən yenilik! [pic]


Azərbaycanın ən böyük yerli elektron poçt xidməti Box.az növbəti yeniliyini açıqlamağa hazırlaşır. Onsuzda son zamanlarda kifayət qədər inkişafa meyl edən Box.az hələki sürətini dayandırmır. Göz dəyməsin! 2009`un ikinci yarısında Box.az`da e-mail servisi ilə birgə daxili chat servisi də fəaliyyətə başlamışdı. Bildiyimiz kimi belə bir servis GMail`də də mövcuddur. Bu istifadəsinə görə çox rahat bir servisdir. Çünki e-mail listində olanlar online olduqda cəld çatdırmaq istədiyin söz olanda məktub yazmaq yerində birbaşa online olaraq çatdırırsan. Box.az da bu yeniliyi edərək istifadəçilərinin işini bir xeyli yüngülləşdirmişdi. İndiki yenilik isə istifadəçiləri daha çox sevindirəcək. Çünki artıq Box.az istifadəçiləri ilə GMail istifadəçiləri arasında da birbaşa — online ünsiyyət saxlamaq mümkün olacaqdı. Günümüzün internet trendi olan API`lərin bizə verdiyi böyük üstünlüklər sayəsində, istifadəçilərin bu cür rahatlıqları təmin olunur. Box.az`ın bu yeniliyi də alqışalayiqdir. Servisi mən test elədim, istifadəsi çox rahatdır. Sizdə bu yeniliyi test edə bilərsiniz. Bunun Box.az hesabınıza daxil olursunuz, solda Çat və Ünvanlar başlığı altından Çata dəvət etə klikləyirsiniz.

Bu zaman dəvət etdiyiniz istifadəçi solda gözləmə siyahısına düşür:

GMaildə isə ənənəvi olaraq sizə bu formada sorğu gəlir:

Sorğu ilə bərabər siz istəyi bildirən bir e-maildə alırsınız:

Təsdiq etdikdən sonra isə hər iki tərəfdə siyahıya əlavə olunur:

Statusları dəyişdirdikdə də müvafiq olaraq hər ikisindəki siyahıda dəyişilir:

Nəhayət isə rahat-rahat söhbət edirsiniz:


Bütün istifadəçilərə xeyirli olsun. Yeniliklərin də davamı gəlsin ümidi ilə. Qısa müddətə Box.az tərəfindən də rəsmi elan olunacaqdı.

Aid olduğu bloglar

Box.az

Azərbaycan internetində ən böyük e-mail servisi olan Box.az`ın blogu

Oxucuları
39
Başlıqları
21
Reytinq
6.50

12 şərh

AzeriFire
Təbrik və uğurlar. Həqiqi sevindirməyə bilməz. Yaxşı ki, hazır şablonlardan,«dvijoklar»dan kənara çıxan və fərqli ,yenilikçi düşünən insanlar var AzNet-də.
Shaig
Düzdür, təbii ki. Belə proyektlərə baxıb, daha da həvəslə işləyir adam öz yeni project`ləri üstündə.
Sadig
axır ki, aznet`də APİ`dən istifadə edib üstünlük əldə edə bilən oldu )
Elvin85
Elbette ki bu ela yenilikdir, box.az-a tebrikler. box.az heqiqeten de cox inkishaf edib. Amma bir mesele var, box.az-in interfeysinde problemler gorurem. Meselen gelenler bolmesinde screende yaranmir, mektublar cari screeni tam tutur en son mektub dushur ekranin en alt hissesine, bu ise hedden cox diskomfort yaradir, sanki hiss edirsen ki nese chatishmir,xeta var. gelenler ortada frame-ledir yeqin ki, amma umumi ekranda skroll olmasindan qeti cekinmek lazim deyil, eksine email interfeysinde onun olmamasi qusurdur. Mutleq en mektubdan ashaghida mueyyen qeder bosh hisse buraxilmalidir goz rahatighi ucun. He bir de men ne qeder etsem de qeyd olunmushlari OXUNMUSH KIMI NISHANLA linkini tapa bilmedim. belke varsa, bilenler desin lutfen, men gore bilmedim.
Elvin85
duzelish: ...Meselen gelenler bolmesinde screende SKROLL yaranmir…
...Mutleq en son mektubdan ashaghida mueyyen…
Shaig
Digər dizaynla bağlı dediyin zövqdən asılıdır. Ona görə mən ona müdaxilə eləmək istəmirəm. Mənim fikrimcə belədə rahatdır. Açılan kimi hər şeyə nəzarət edirsən, aşağı yuxarı baxmırsan. Yəmi bu hamıda birmənalı fikir yaratmır.
Ancaq oxunmuş kimi nişanla qüsuru ilə razıyam. Box.az developerləri özləri də bunu bilirlər. Həmin rahatlıqlarda əlavə olunacaqdı.
Emin
Yəgin ki tək google deyil istənilən digər jabber user-ini də əlavə etmək olar
Shaig
Yəqinki. Çünki box.az`ın chatı jabber üzərində qurulmuşdu sadəcə, ancaq daxili yazışmalar aktiv idi.
khanim
hec ne demirem, bir dene Box.az da search email de duzelseydi, bezmezdik :))
Shaig
Onu da düzəldəcəklər. Mən də soruşmuşdum, roadmap`də var mail daxili search. İndi görək nə vaxt həmin servisi də əlavə edəcəklər.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər