Box.az Hesabınızı Telefon və Kompüter Proqramlarına Qoşun


Box.az hesabınızı artıq istədiyiniz proqrama və istədiyiniz cihaza qoşub, məktub alıb-göndərə bilərsiniz.

Bunun üçün sadəcə istifadə etdiyiniz proqrama mövcud Box.az hesabınızı və müvafiq POP3 və SMTP serverlərinin ünvanlarını daxil etmək kifayətdir.

Əgər siz aşağıda göstərilən smartfon və ya tablet istifadə edirsinizsə, sadəcə aşağıdakı keçidi seçərək hesabınızın əlavə edilməsi üçün lazın olan addımları təkrarlayın:

Android smartfon və tabletləri
iPhone / iPad / iPod
Windows Phone

Digər növ mobil telefonlar və kompüter proqramları üçün sadəcə aşağıdakı məlumatı istifadə edin:

Məktubların alınması üçün:
Protokol: POP3 (SSL)
Server ünvanı: pop.box.az
Port: 995
İstifadəçi adı formatı: Tam email ([email protected])

Məktubların göndərilməsi üçün:
Protokol: SMTP (SSL)
Server ünvanı: smtp.box.az
Port: 465 (və ya 587)
İstifadəçi adı formatı: Tam email ([email protected])

Ətraflı məlumat üçün həmçinin bu keçiddəki məlumat ilə tanış olun: Smartfon, tablet və desktoplardan məktub alıb-göndərmək (POP3, SMTP)

Qeyd: POP3 vasitəsilə 08 İyul tarixindən etibarən Gələnlər qovluğunda olan məktubları endirmək mümkündür.

Aid olduğu bloglar

Box.az

Azərbaycan internetində ən böyük e-mail servisi olan Box.az`ın blogu

Oxucuları
39
Başlıqları
21
Reytinq
6.50

1 şərh

DrELM
Çox ehtiyacımız vardı, teşekkürler.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər