Milli Spamerlərimiz

Yerli e-mail xidmətlərimizdən olan Box.az daxili e-mail trafikindən əldə etdiyi milli spamlar barədə son statistik məlumatları açıqlayıb:

Məşhur təhlükəsizlik şirkəti Symantec spam haqda hesabatında bildirir ki, dünyada məktubların 74.2%-ni spam təşkil edib. Bunu bizim öz statistikamız da təsdiq edir, Box.az-a gələn məktubların 70-75%-i spamdır.

Bu qədər böyük həcmi görəndə qeyri-ixtiyari sual yaranır: Bu qədər spamı kim göndərir və nə məqsədlə?

Symantecin həmin hesabatında bu suala da cavab var:



Beləliklə, gördüyümüz kimi xaricdə spam tipli reklamı yalnız və yalnız saxta, keyfiyyətsiz və ya qeyri-qanuni xidmət və məhsullar üçün istifadə edirlər.

İndi isə Box.az-a gələn yerli spamlara, yəni yerli şirkətlər tərəfindən göndərilən spamlara nəzər salaq:

Siyahını davam etdirmək də olar, lakin bizim əsas məqsədimiz spamların növlərini araşdırmaqdır. Əyləncə saytlarını çıxsaq, yerdə qalan saytların bir çoxu müstəri qazanmaq istəyən ciddi şirkərlərdir. Problem də məhz burdadır – Azərbaycanda bir çox şirkət spamı normal bir marketinq aləti hesab edir. Həmçinin bizim müşahidələrimiz göstərir ki, yerli spamın həcmi hər il artır.

O zaman, nə üçün yerli şirkətlər bu cür “marketinqə” üz tuturlar?

Biz hesab edirik ki, bir çox hallarda şirkət/sayt sahibləri ucuz qiymətə aldanır. Nowmail.az, Sot.az və bir neçə digər yerli spam şirkətləri 100-300 manata 1.000.000-a qədər istifadəçiyə məktub göndərir. Bu şirkətlər özlərini internet marketinq şirkətləri adlandırsalar da, əsas işləri spamdır.

Beləliklə, biz yerli şirkətlərin sahiblərinə və marketinq menecerlərinə səslənirik: 100-200 manat qarşılığında yüz minlərlə müstəri əldə edəcəyiniz vədlərə aldanmayın. Spam, email marketinqi deyil. Əgər spam effektiv marketinq aləti olsaydı bunu dünyanın qabaqcıl şirkətləri də istifadə edərdi. Ola bilsin ki, göndərdiyiniz spamın qısamüddətli faydasını görəsiniz, məsələn saytınızın ziyarətçiləri artsın. Lakin sizin şirkəti spam vasitəsilə tanıyan istifadəçilərin ağlında siz həmişəlik ucuz bir brend kimi yadda qalacaqsınız və potensial müştərilərinizdən məhrum olacaqsınız.

PS: Spam göndərən, lakin yuxarıdakı siyahıda adı sadalanmayan şirkətlərdən əvvəlcədən üzr istəyirik – bizə bildirsəniz adınızı məmnuniyyətlə əlavə edərik.

Yeniləmə#1 — 13/03/2012
Postda Box.az tərəfindən adı çəkilmiş ILKO.az şirkəti, telefon vasitəsi ilə zəng edərək, münasibətini bildirdi ki, onlar SPAM yollamaqla məşğul olmurlar. Sadəcə sifarişçi qismində iştirak etdiklərini vurğuladılar.

Aid olduğu bloglar

Box.az

Azərbaycan internetində ən böyük e-mail servisi olan Box.az`ın blogu

Oxucuları
39
Başlıqları
21
Reytinq
6.50

3 şərh

Elvin85
Spam sifariş verən şirkətlərlə hələ ki işim yox, bəlkə də onlar aldadılırlar marketinq adı ilə, və ya sadəcə maariflənmiş deyillər, bu tip rassılkanın qeyri etik olduğundan xəbərsizdirlər.
Amma görən bu başqalarının mailini ordan burdan icazəsiz toplamaqla qanunsuz şəkildə satan adamlara qarşı hər hansı qanuni əngəl varmı, ki heç olmasa xəbərdar edək onları bu barədə. Ümid edirəm ki, gələcəkdə onlara qarşı hüquq çərçivəsində tədbir görüləcək, hüquqi əsas varsa və ya olacaqsa.
Shaig
Məncə Box.az belə statistikaları ayda və ya 3 aydan bir versə yaxşı olardı. Həm də, listi tam siyahı olaraq yazardı :).
Eurorent
Bu problemi ile Gmail cox gözəl meshgul olur — spam demek olar ki hec gersenmir ve mane olmur

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər