Box.az-da məktubların saxlanması üçün yeni sistemə keçid

Bir ilə yaxındır ki biz məktubların saxlanması üçün yeni sistem (mail storage system) üzərində işləyirdik. Nəhayət bu sistem hazırdır və biz istifadəçilərimizi tədricən yeni sistemə keçirməyə başlamışıq. Hazırda bir neçə min istifadəçi bu sistemə keçirilmişdir.

Yeni sistemin əvvəlkindən fərqi nədir?
İlk növbədə sürət və böyümək imkanı. Box.az-da hal-hazırda yüz minlərlə hesab və on milyonlarla məktub saxlanılmaqdadır. Məktubları saxladığımız əvvəlki sistem bu böyük həcmlər üçün hesablanmayıb və bu səbəbdən sürətdə yavaşlamalar müşahidə edilməkdədir.

Xüsusilə məktubların silinməsi və yeni məktubların göndərilməsi kimi əməliyyatlarda sürət fərqi hissediləcək qədərdir.

Yeni sistem mənim poçtuma necə təsir edəcək?
İstifadəçilər üçün demək olar ki heç bir fərq olmayacaq (təbii ki sürət xaric), keçid dövrü tam şəffafdır və xidmətdə fasilələr olmamalıdır. İnterfeysdə demək olar ki çox cuzi fərqlər var. Misal üçün sizin hesabınız yeni sistemə keçirildikdə, poçt qutunuzun interfeysində “səhifələr” düymələri sağ tərəfdə göstəriləcək:


Əgər sizin hesabınız yeni sistemə keçirildikdən sonra siz hər hansı problemlə rastlaşmısınızsa o zaman bizə bildirin – [email protected] ünvanına yazmaqla və ya sadəcə aşağıda şərh qoymaqla.

Box.az rəsmi blogundan

Aid olduğu bloglar

Box.az

Azərbaycan internetində ən böyük e-mail servisi olan Box.az`ın blogu

Oxucuları
39
Başlıqları
21
Reytinq
6.50

3 şərh

şərh silindi
şərh silindi
şərh silindi

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər