BlackBerry smartfonlarında Box.az Chat


Bir neçə ay əvvəl biz kompüterinizə yükləmək üçün Box.az Chat (http://chat.box.az/)proqramını təqdim etmişdik. Lakin günümüzdə bir çoxumuzun internetə mobil telefonumuzdan girməyimizi nəzərə alsaq, çat proqramının telefonda olmasını mühüm hesab edə bilərik. Buna görə biz mobil telefonlar üçün Box.az Chat proqramını qurmaq haqda silsilə yazılar yazmağı planlayırıq.

İlk olaraq BlackBerry smartfonlarından Box.az Chat-a girmək üçün addımları diqqətinizə çatdırırıq:

1. Telefonunuzda BlackBerry App World proqramını açıb “implus” adlı proqramı axtarın. Tapılan nəticələr siyahısında “IMPlus Lite” proqramını seçin və qurun. Proqram pulsuzdur.



Əgər sizdə BlackBerry App World proqramı yoxdursa o zaman aşağıdakı keçiddən və ya yuxarıdakı QR kodu kamera vasitəsilə oxudaraq telefonunuza endirə bilərsiniz:

https://appworld.blackberry.com/webstore/content/6911

2. Proqramı yüklədikdən sonra onu proqramlar siyahısından açın. Ekrana gələn ilk menyuda “Jabber” protokolunu seçin. (Box.az Chatı standart Jabber/XMPP protokolu vasitəsilə işləyir).


3. Açılan pəncərədə sadəcə aşağıdakıları daxil edin və “Save” düyməsini seçin.

Login: Box.az hesabınızı (tam email ünvanını) bu sahəyə daxil edin, məsələn [email protected]

Password: Box.az heabıbızın parolunu bu sahədə daxil edin


4. Nəhayət bu addımlardan sonra proqram sizin Box.az Chat hesabınıza qoşularaq dostlarınızın siyahısını göstərəcək.


Beləliklə artıq siz dostlarınızla hər yerdə ünsiyyətdə ola biləcəksiniz.

BlackBerry istifadəçisi deyilsiniz? O zaman növbəti yazımızda Box.az Chatı hansı telefon/smartfonda görmək istədiyinizi aşağıdakı şərhlərdə bildirin.

Qeyd: BlackBerry App World hazırda yalnız Azercell tərəfindən rəsmi dəstəklənir.

Box.az blogundan məlumat.

Aid olduğu bloglar

Box.az

Azərbaycan internetində ən böyük e-mail servisi olan Box.az`ın blogu

Oxucuları
39
Başlıqları
21
Reytinq
6.50

4 şərh

Shaig
Developerin özü nə istifadə edirsə, birinci ondan başlayır :).
Fuad-Urek
Nokia 6680 da ve opera ile yadda Agentle mumkundur?
Box.az mail niye m.box.azda daxil olanda men yadda saxla duymesi yoxdur?hemde m.box.az ingiliscedir? Bu haqda yazin!
Shaig
Hələki mobil cihazlarda təkcə blackberry ilədir.

Box.az mobil versiya üçün də yeni interfeys hazırlanır. — weboxu.com/blog/mob-tech/878.html
brio
Çoxx gözəl… Ancaq oz application -l olsa daha gözəl və fərqli olardı məncə…

Uğurlar

Qeyd: BlackBerry App World hazırda yalnız Azercell tərəfindən rəsmi dəstəkləni


Bakcell ilə də istifadə etmək olur. Zənnimcə operator ilə əlaqəsi yoxdu ya da hım bakcell həm də azercell üçün aktiv edilib. bakcellin de BES BİS paketləri var.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər