Fərdi web saytınızı yaratmaq üçün 4 ən yaxşı platforma


Rəqəmsal dünyada şəxsi web saytınızın olması artıq bir məcburiyyət halına gəlib. Şəxsi web sayt üçün çox sayda alternativ platformalar var. Əsas olan sizin üçün hansının ən doğru olduğunu seçməkdir. Daha fərqli bir şeylər axtarırsınızsa ünvanınız Tumblr, daha çox dizayn seçmək üçün isə WordPress sizin üçün uyğun ola bilər.

1. WordPress

WordPress belə demək mümkün olarsa, tam olaraq bir dəryadır. Ilk olaraq bir bloq platforması kimi meydana çıxan WordPress-lə bugün e-ticarət səhifələri yaratmaq belə mümkündür. Kiçik bizneslərdən böyük bizneslərə, bloqlardan şəxsi web səhifələrinə qədər hər mövzuda WordPress istifadə olunur.

Üstünlükləri:

-Yüzlərlə ödənişsiz, minlərlə 50-100 dollar aralığında ödənişli tema seçimi
-Minlərlə pulsuz əlavə ilə ağılınıza gələ biləcək bütün modulları qura bilmək
-adınız.wordpress.com kullanmak istəməsəniz ildə sadəcə 18 dollara öz seçdiyiniz hər hansı bir addan istifadə edə bilmək
-Tamamilə axtarış dostu. Əksiklikləri:

Öyrənmə vaxtı.Wordpress böyük bir sistemdir və bunu öyrənməniz lazımdır. Bir az da olsa HTML öyrənməniz lazım ola bilər. 3. Əgər çox məzmununun yoxdursa, gərəksiz seçimlər və menyular səhifənizi darıxdırıcı hala gətirə bilər

2. Tumblr

Tumblr qəribə bir platformadır. Həm bloglar, həm də şəxsi web səhifələri üçün istifadə olunur. Tumblr-nın ən önəmli xüsusiyyəti çox sürətlə qurulması və çok sayda şəxsi fərqləndirmənin olmasıdır.

Üstünlükləri:

-Əgər kreativ işlərlə məşğul olursunuzsa o zaman bu proqram sizin üçündür. Xüsusən də film, illustrasiya vəs. işlərlə məşğul olanlar üçün əla temalar var
-Öz istədiyiniz addan istifadə edə bilərsiniz (ödəniş aralığı yalnız 10 dollardan başlayır)
-Tumblr həmçinin bir sosial platformadır. Digər Tumblr istifadəçiləri ilə qarşılıqlı əlaqədə olmağınız mümkündür

Təəssüf ki, əlavələri yoxdur. Ancaq kod məlumatınız varsa temaları təşkil edə və öz mini əlavələrinizi edə bilərsiniz

3. Squarespace

Squarespace-in adını ilk dəfə eşitmiş ola bilərsiniz, bu biraz da işin bazarlama ölçüsü ilə bağlıdır. Ancaq demək də fayda var ki, Squarespace Tumblr-dan əvvəl də var idi. 2004-cü ildə meydana çıxan Squarespace Tumblr-nın oxşarı olan bir platformadır.

Üstünlükləri:

-Squarespace web saytı platforması kimi əslində hazır bir sistem deyil. Bu da sizə daha asan bir quraşdırma etmənizi təmin edir.
-Hesabınızı açar-açmaz sizə 4 variant təqdim edir və beləcə özünüzə uyğun modullara və temalara sahib ola bilərsiniz: Şəxsi, İş, QHT və E-ticarət.
-Mobil telefonlardan heç bir problem yaşamadan səhifəni idarə edə bilərsiniz.
-Bir Squarespace səhifəsini pis hazırlamağınız mümkün deyil. Bütün temalar özünə xas bir gözəlliyə sahibdir. Ən pisi belə estetik dayanacaq.

Təəssüf ki, pulsuz variantı yoxdur. Bu platformasını istifadə etmək istəsəniz aylıq 6, 16 və ya 24 dollarlıq paketlərdən birini seçmək məcburiyyətindəsiniz.

4. Wix

Wix 55 milyondan çox istifadəçisi olan bir online web saytı yaratma platformasıdır. Daha çox vizual əsaslı dizaynlar etmək istəyirsinizsə ya da Tumblr və Squarespace ilə WordPress arası bir peşəkarlıq tutmaq istəyirsinizsə sizin üçün ideal ola bilər.

Üstünlükləri:
-Bir web sitesi platforması olduğundan daha sürətli, asan və fərdiləşdirilə bilir
-Digər platformalara nəzərən daha professional görünüş təmin etmək mümkündür.
-Tərkibində onlarla ödənişsiz diyan imkanı var.

Squarespace ilə qarşılaşdığınız zaman qiymət/ xidmət sahəsində yaxşı deyil. Ən kiçik plan 4 dollardan başlayır, 24 dollara qədərdir.

Aid olduğu bloglar

Bloglar

İnternet aləmindəki blog xəbərləri

Oxucuları
8
Başlıqları
5
Reytinq
0.00

1 şərh

NaraGva
Əla məqalədir!
Veb saytların yaradılması ilə bağlı daha ətraflı məlumat almaq üçün aşağıdakı bloqu oxuya bilərsiniz: https://www.interactivemedia.az/saytlarin-hazirlanmasi/

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər