Reytinq
+4.58

Bakcell

40 oxucu, 109 başlıq
RSS

Bakcell-dən 3G xidmətləri barədə yeni xəbər

Bakcell Facebook səhifəsində 3G ilə istifadəçiləri məlumatlandırdı. Onlar prosedura və sınaqlar barədə istifadəçələrə məlumat veriblər : Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti 3G xidmətlərinin göstərilməsinə hazırlıq üçün sınaq mərhələsini həyata keçirir. Test rejimi ölkənin 3G standartında yüksək sürətli mobil internet xidmətlərinin göstərilməsi üçün tam hazır olan 62 şəhərində aktivləşdirilib. Şirkətin çoxdan gözlənilən 3G şəbəkəsi noyabrın 3-də — 3G lisenziyasının verilməsindən və radiotezliklərin test rejimində istifadəsinə dair B&BTV şirkəti ilə müvafiq protokolun imzalanmasından dərhal sonra aktivləşdirilib....

Bakcell şəbəkəsində nasazlıqlar meydana gəlib

Bu gün Bakcell şəbəkəsində bir sıra nasazlıqlar əmələ gəlib. Bu barədə sosial mediada istifadəçilə öz narahatlıqlarını ciddi şəkildə bildiriblər. Xüsusilə Facebook-da Bakcell-in rəsmi səhifəsinə şikayətlər çox olub. Twitter-də isə şikayət edənlər o qədər də çox deyil. Mövzu ilə bağlı Bakcell Facebook səhifəsində bəyanat verib : Bu gün qısa müddət ərzində Bakı şəhərinin cənub-qərb hissəsində yerləşən bəzi rayonlarında (Yasamal,...

Bakcell-də Facebook Zero yenidən aktivləşdi

Mart ayında Bakcell Facebook Zero xidmətini mart ayında istifadəyə vermişdi . Sonra müəyyən səbəblərdən xidmət dayanmışdı . Bakcell Facebook page-indən servisin aktivləşməyi ilə əlaqəli yenidən açıqlama verib : İndi mobil cihazlar üçün yeni 0.facebook.com səhifəsi bütün Bakcell abunəçiləri üçün pulsuzdur. Siz, 0.facebook.com səhifəsinə daxil olaraq, m.facebook.com mobil səhifəsinin bütün imkanlarından yararlana...

Bakcell səs-sədasız manata keçdi

Azercell -dən fərqli olaraq, Bakcell -in konturdan manata keçişi çox səssiz oldu. Ona görə əvvəldən də bu barədə çox məlumat verəsi olmadıq. Artıq ölkədə bütün operatorlar manatladır. Düşünürəm ki, operatorlar arasında əsl rəqabət bundan sonra başlayacaq. Reklamlarda istifadə edilən sözlərə daha çox diqqət yetirilməli olacaqlar. Yalandan ən sərfəli deməklə «baş aldatmaq» dövrü geridə qalacaq. Ən azından dəqiqənin qəpiklə qarşılığı...

Bakcell internetə qoşulmaq üçün yeni vasitə - internet kartlarını təqdim edir

Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti yeni bir məhsul – internet kartlarını təqdim edir. Bakcell-in internet istifadəçiləri yeni kartların köməyi ilə öz mobil telefonları və ya kompyuterlərindən internetə qoşula bilərlər. Bakcell-in bütün abunəçiləri internet kartlarından istifadə etməklə öz mobil telefonlarına və ya data kartlarına internet paketi yükləyə bilərlər. İnternet kartını aktivləşdirmək üçün kartın üzərində...

Bakcell-in mobil internet nasazlığı haqqında açıqlaması

Press-reliz: Bakcell abunəçilərinin nəzərinə. Azərbaycanın ilk mobil operatoru Bakcell bildirir ki, dünən texniki səbəblərlə əlaqədar “Bakcell” abunəçilərinin mobil telefonlar vasitəsilə bəzi İnternet səhifələrinə, o cümlədən bəzi sosial şəbəkələrə ( red: Facebook ) daxil olmasında müəyyən texniki problemlər yaranmışdır. “Bakcell” şirkəti yaranmış texniki problemləri martın 7-də gecə saatlarında aradan qaldırmışdır. Artıq “Bakcell”...

Bakcell-in yeni 0 Facebook xidməti

Əksərən Bakcell haqqında o qədər də pozitiv yazmamışam. Bu dəfə ənənəni pozacam ( sözün düzü Bakcell keçmiş imicindən xilas olub, o imicə Azerfon-u itələyir, bu ayrı blog postumun mövzusu olacaq ). Bir neçə vaxtdır ki, Bakcell ilə Facebook arasında olan danışıqlar öz səmərəsini verir. Yaxın zamanda Bakcell mobil internet istifadəçiləri üçün yeni bir xidməti olacaq. Bu barədə əslində Yanvar ayının 15-ində Twitterdə yazmışdım ,...

Bakcell USB modem: Dial-up

Küçədə bilbord reklamlarında görmüş olarsınız. Bakcell də Mobil internet ə ayaq basır. Düzdür elə də böyük addım deyil, amma hər halda heç yoxdan yaxşıdır. Bu Azercell kimi DataKart və ya Azerfon kimi 3G Modem filan deyil. Bu sadəcə USB modem dir. Bakcell`in standart internet paketləri ndən faydalanaraq istifadə eləmək mümkündür. USB modemə Bakcell nömrəsini qoyaraq qoşulursan NET`ə. Burada EDGE göstərilir,...

“Bakcell” Naxçıvanda şəbəkəsini genişləndirib

Azərbaycanın birinci mobil rabitə operatoru “Bakcell” şirkəti ölkə infrastrukturuna sərmayə yatırmağa davam edir. Şirkətin baş ofisindən verilən məlumata görə, bu il “Bakcell” şəbəkə dairəsinin kütləvi olaraq genişləndirilməsinə və müasirləşdirilməsinə başlayıb. Bu layihənin çərçivəsində “Bakcell” Naxçıvan Muxtar Respublikasında da əhatə dairəsini əsaslı şəkildə genişləndirib. Bu il ərzində “Bakcell” şirkəti tərəfindən Naxçıvan Muxtar...