Bakcell Gəncə şəhərində təşkil edilmiş Novruz şəhərciyinin baş sponsoru olub


Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell ölkəmizdə Novruz bayramı münasibətilə keçirilmiş ümumxalq şənliklərdə aktiv iştirak edib. Şirkət Gəncə şəhərində təşkil edilmiş böyük “Novruz şəhərciyinin” baş sponsoru olub.
Bayram günlərində Gəncənin Heydər Əliyev meydanında salınmış böyük “Novruz şəhərciyində” hündürlüyü 4,5 metr olan nəhəng səməni quraşdırılmış, gün ərzində şəhərciyə gələn qonaqları isə Novruz bayramının əsas atributları olan Kosa, Keçəl və Bahar qızı qarşılayıblar. Şəhərcikdə müxtəlif milli məhsullarının nümayişi və satışı həyata keçirilib, qonaqların və xüsusi olaraq uşaqların asudə vaxtının maraqlı təşkili üçün müxtəlif attraksionlar quraşdırılıb. Novruz şəhərciyində həmçinin Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə konsert proqramları təqdim olunub. “Novruz şəhərciyi” Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə Regional Mədəniyyət idarəsinin və “Gənclənd” ailəvi-istirahət kompleksinin təşkilatçılığı ilə salınıb
Bakcell şirkəti Azərbaycanın milli dəyərləri və mədəni sərvətlərinə bağlılığını bir daha nümayiş etdirərək bayram günlərində Gəncə şəhərində təşkil edilmiş böyük “Novruz şəhərciyinin” baş sponsoru olub. Şəhərcikdə quraşdırılmış Bakcell stendinə gələn qonaqları və xüsusi olaraq uşaqları müxtəlif sürprizlər, əyləncələr və maraqlı hədiyyələr gözləyirdi. Həmçinin burada, qonaqlar “Bakcell”in məhsul və xidmətləri barədə məlumat əldə etmək və pulsuz mobil nömrə almaq imkanına malik olublar.
Xatırladaq ki, Bakcell şirkəti Novruz bayramında həm Gəncə şəhərində təşkil edilmiş böyük “Novruz şəhərciyinin” həm da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil edilmiş “Bahar Qalası” festivalının sponsoru olub.
Bakcell şirkətinin dəstəyilə keçirilmiş ümumxalq Novruz şənliklərində minlərlə vətəndaş və ölkəmizin qonaqları iştirak edib.

Aid olduğu bloglar

Bakcell

Azərbaycanın ilk GSM operatoru Bakcell`in blogu.

Oxucuları
42
Başlıqları
201
Reytinq
4.58

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər