Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib.


Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti AFFA-nın və Sahə Futbol Federasiyaları İctimai Birliyinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitmə məhdudiyyətli insanlar arasında futzal üzrə “Payız turniri”nə ənənəvi dəstəyini göstərib.
22-24 noyabr 2018-ci il tarixlərində Bakı şəhərində keçirilmişnövbəti “Payızturniri”ndə eşitmə məhdudiyyətli əlillər üçün xüsusi internat məktəblərinin şagirdlərindən ibarət beş komanda (“Şimşək”, “Zirvə”, “Ümid”, “Azəri”, “Bakı”) öz gücünü sınayıb.
Turnirin nəticəsində birinci yerə “Şimşək” komandası, ikinci və üçüncü yerlərə isə müvafiq olaraq “Azəri” və “Zirvə” komandaları layiq görülüb. Yarışın ən yaxşı oyunçusu Ülvü İbrahimov ((“Şimşək”), ən yaxşı qapıçısı Rabil Şahbazov (“Azəri”) və ən məhsuldar oyunçusu Qədirli İbrahim (“Şimşək”) olub.
Bakcell şirkəti 2007-ci ildən bəri mütəmadi olaraq Əlillər Futbolu Federasiyasının futzal üzrə müxtəlif turnirlərinə dəstək göstərir. “Payız turniri”nin əsas məqsədi eşitmə məhdudiyyətli uşaqları sağlam həyat tərzinə alışdırmaq və inteqrasiya etməkdir.
Bakcell özünün genişmiqyaslı “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərir və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə yönəlmiş mühüm layihələri həyata keçirir.

Aid olduğu bloglar

Bakcell

Azərbaycanın ilk GSM operatoru Bakcell`in blogu.

Oxucuları
42
Başlıqları
149
Reytinq
4.58

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər