Bakcell “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirinə qoşuldu


Mobil İnternet Provayderi “Bakcell” sentyabrın 26-da “Odlar Yurdu” Universitetində “Karyerada ilk addım” devizi altında təşkil edilmiş aktiv məşğulluq tədbirinə qatılıb.
Aktiv məşğulluq tədbirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakı şəhərində ali təhsil müəssisələrində tələbə və məzunların əmək bazarına uğurlu inteqrasiyası üçün mütəmadi olaraq keçirilir.
Məşğulluq tədbirində 50-dən çox işəgötürən müəssisə və təşkilat iştirak edib. Tədbir zamanı iştirakçılara Bakcell şirkətinin satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları təqdim olunub. Şirkətin nümayəndələri tələbə və məzunlarla müsahibələr keçirib. Tədbirdə quraşdırılmış Bakcell stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən Bakcell şirkəti, Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqət mərkəzində saxlayır və gənclərin məşğulluğunun inkişaf etdirilməsinə böyük töhfə verir. Təkcə cari il ərzində şirkət ADA Universiteti, Qərbi Kaspi Universiteti, ADNSU və ADAU-nun keçirdiyi karyera sərgilərində iştirakla yanaşı özünün ənənəvi yay təcrübə proqramını elan edib və gənclərin karyera və təhsilinə dəstək məqsədini daşıyan digər layihələri uğurla həyata keçirib.
Bakcell şirkəti gənclərin təhsil almasına və karyera qurmasına dəstək göstərmək və beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməyə yönəlmiş uğurlu fəaliyyətini davam edəcək.

Aid olduğu bloglar

Bakcell

Azərbaycanın ilk GSM operatoru Bakcell`in blogu.

Oxucuları
42
Başlıqları
131
Reytinq
4.58

Korporativ: Bakcell

Bakcell şirkəti 1994-cü ildə təsis edilib və Azərbaycanda mobil rabitə xidmətləri göstərən ilk şirkətdir.

Oxucuları
4
Başlıqları
131
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər