Ulduzum: Bakcell Azərbaycanın ən geniş miqyaslı loyallıq proqramını həyata keçirir



Bakcell şirkətinin «Ulduzum” Loyallıq Proqramı 240-dan artıq yerli və beynəlxalq tərəfdaş tərəfindən 470-dən artıq satış və xidmət nöqtəsində təklif olunan eksklüziv endirimlər, imtiyazlar və müxtəlif üstünlükləri təqdim edir. Bu proqramın istifadəçiləri seçilmiş restoranlar, otellər, nüfuzlu geyim, parfumeriya və elektronika mağazaları ilə yanaşı, sağlamlıq, idman və əyləncə mərkəzləri, ən populyar kinoteatrlar, banklar, kitab dükanları, kabel televiziyası və digər xidmət növlərini təmin edən təchizatçıların təklif etdiyi kampaniyalar və endirimlərdən yararlanmaq imkanına malikdirlər. Həmçinin, proqram çərçivəsində hətta beynəlxalq hava nəqliyyatı şirkətlərindən endirim və „millər” belə qazanmaq mümkündür. Bundan əlavə, “Ulduzum” istifadəçilərinə 2000-dən çox eManat ödəniş terminalından xüsusi təklif və bonuslardan istifadə etmək fürsəti verilib.

Bu günə kimi Bakcell abunəçilərinin 2.8 milyon nəfəri proqramın təqdim etdiyi 240-dan artıq biznes tərəfdaşın xidmətlərindən yararlanmaq üçün „Ulduzum”a qoşulub. Beləliklə də, “Ulduzum”u Azərbaycanda ən geniş miqyaslı loyallıq proqram adlandırmaq olar. Artıq 5 ildir ki, Azərbaycanda ən uğurlu loyallıq proqramlarından olan „Ulduzum”dan söz açan “Bakcell”in baş marketinq direktoru Todor Dimitrovski proqramın bu nailiyyətini „Bakcell”in öz abunəçilərinə qarşı səmimi olması və onlara yüksək dəyər verməsi ilə izah edir: “Bakcell üçün „Ulduzum” proqramı müştərilərimizə təkcə böyük endirimlər və imtiyazlar verməkdən ibarət deyil. Biz bununla həm də dəyərli abunəçilərimizin gündəlik həyatına rahatlıq gətirməyə çalışırıq. Məqsədimiz sadədir: ölkənin ilk və ən innovativ mobil operatoru ilə onun böyük və dəyərli müştəri ailəsi arasında loyallıq, etibar və şəffaflığa əsaslanan möhkəm münasibətlərin qurulması”.

“Bakcell” abunəçiləri yüzlərlə „Ulduzum” tərəfdaşının eksklüziv endirim və imtiyazlarından yararlanır

Baxmayaraq ki, bazarda kifayət qədər alternativlər var, biz adətən hansısa məhsul və ya xidməti seçərək başqa məhsul və xidmətlərə fikir belə vermədən onu illər boyu istifadə edirik. Maraqlıdır, istehlakçının müəyyən brendə sadiq və ya başqa sözlə desək loyal qalmasında hansı əsas faktorlar rol oynayır? Təbii ki, bu faktorların siyahısına qiymət, keyfiyyət, status və s. kimi amillər daxildir, lakin loyallıq proqramlarının bu məsələdə rolu olduqca böyükdür. Dünyanın ən iri və nüfuzlu şirkətləri belə öz müştərilərinə cəlbedici loyallıq proqramları təklif etməklə onların rəğbətini qazanmağa çalışır. Bu ənənəyə Azərbaycanda da bir çox brendlər tərəfindən riayət olunur.

Yerli bazarda ən böyük və cəlbedici loyallıq proqramlarından birinin məhz ölkənin ilk mobil operatoru olan Bakcell tərəfindən həyata keçirilməsi də təsadüfi deyil. Şirkətinin əsas prioritetlərindən biri mobil rabitə xidmətlərini hamı üçün əlçatan və rahat etməklə yanaşı müştərilərin bir çox şəxsi və biznes ehtiyaclarını qarşılamaqdır. Bu strategiya çərçivəsində Bakcell şirkəti geniş miqyaslı “Ulduzum” müştəri loyallığı proqramını uğurla həyata keçirir. Bu proqram Bakcell abunəçilərinə geniş imkanlar və xüsusi üstünlüklər vermək üçün yaradılıb.

»Ulduzum”la mən özümü imtiyazlı müştəri kimi hiss edirəm”

Bəs abunəçilər proqram haqqında nə fikirləşir? Bu sualı «Bakcell”in loyallıq proqramının ən aktiv istifadəçilərindən biri olan Səbinə Sultanovaya verdik.
Neft şirkətlərinin birində çalışan Səbinə xanım deyir ki, ”Ulduzum”un yarandığı ilk günlərdən — 2013-cü ildən başlayaraq bu proqramdan istifadə edir.


»Bu proqramdan çox məmnunam. «Ulduzum” sayəsində „Bakcell”in yüzlərlə partnyoru tərəfindən təqdim olunan ən geniş çeşidli endirim və kampaniyalardan yararlanmaq olur. “Ulduzum”dan istifadə etmək təkcə böyük məbləğlərdə qənaət etmək fürsəti demək deyil, həm də dəyərli hədiyyələr və hətta böyük prizlər qazanmaq imkanı deməkdir ki, bu da olduqca maraqlı və həyəcanlı bir prosesdir. Mən əsasən uşaqların əylənməsi üçün „Wonderland” və “Megafun” əyləncə mərkəzlərində, uşaq geyim mağazalarında və həmçinin hesab.az saytında ödəniş zamanı təqdim olunan endirimlərdən yararlanıram. Bundan əlavə, „Ulduzum”un “SilkWay” ilə birgə həyata keçirdiyi kampaniya sayəsində „Miles” kartlarına 20%-dək endirim və əlavə “millər” qazanıram. Bu milləri isə bildiyiniz kimi real uçuşlara çevirmək olar. Digər misal isə „İdeal” mağazasıdır, orada mən “Ulduzum” Premium istifadəçi olduğum üçün 15% qədər endirim əldə edirəm və bütün bunlar proqramı mənim üçün əvəzedilməz edir. Onu da deyim ki, iş yoldaşlarımın böyük əksəriyyəti „Ulduzum”un aktiv istifadəçiləridir və proqram üçün xüsusi yaradılmış mobil əlavə istifadəni daha da rahat və əlçatan edir”, deyə Səbinə xanım əlavə edir.

“Ulduzum”un daha bir özəlliyi ondadır ki, proqramdan təkcə Bakcell abunəçiləri yox, həm də endirim təqdim edən tərəfdaşlar faydalanır. Bu proqramın sayəsində onlar 3 milyona qədər Bakcell abunəçisinin həm də onların xidmətindən yararlanmasını və müştəri loyallığı təmin etmiş olurlar.



» L`Occitane brendi Bakcell ilə 2014-cü ildən əməkdaşlıq edir. Ulduzum və Ulduzum Premium abunəçiləri endirimdə olan məhsullar istisna olmaqla hər bir alış-verişə 10% endirimdən yararlanmaq imkanına malikdir. Qeyd edim ki, müştərilərimiz bu proqramdan çox məmnundurlar və aktiv şəkildə istifadə edirlər. Hətta bu endirimlərdən xəbəri olmayan müştərilərə bizim personal tərəfindən məlumat verilir. Əminliklə deyə bilərəm ki, Ulduzum proqramı çox faydalı və düzgün düşünülmüş bir layihədir. Proqramın L`Occitane müştəriləri arasında populyar olmağın səbəblərindən biri isə marketinq tədbirlərinin yüksək səviyyədə aparılmasıdır. L`Occitane brendinin Bakcell ilə əməkdaşlığın üstünlükləri — brendimizin Bakcell abunəçiləri arasında tanıdılması və müştəri axının yüksəlməsidir. Buna görə, Biz bu əməkdaşlıqdan məmnunuq və gələcəkdə bundan da uğurlu birgə layihələrə imza atmağa ümid edirik”, deyə Bakcell «Ulduzum”un ən uzunmüddətli tərəfdaşı olan L`Occitane mağazasının marketinq meneceri Gülşən Kərimova bildirir.



Bakcell şirkətinin uğurlu tərəfdaşları arasında ölkənin ən nüfuzlu bankı olan Xalq Bank da mövcuddur. Xalq Bankın Reklam və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşən Eynullayev isə „Ulduzum” proqramının uğurlu olmasını müştərilər arasında “Bakcell”ə böyük inam, Xalq Banka isə dərin etibarı ilə izah elədi.

»Azərbaycanın ilk mobil operatoru ilə «Xalq Bank”ın əməkdaşlığı 2006-cı ildən davam edir. Biz artıq 13 ilə yaxındır ki, qarşılıqlı faydalı tərəfdaşlıq edirik və əminik ki, bu tərəfdaşlıq gələcəkdə daha da inkişaf edəcək. Biz daim fərqli aksiya və kampaniyalar təşkil edirik ki, xidmətlərimiz müştərilər üçün həm rahat, həm də əlverişli olsun. Bu aksiyalar zamanı müştərilərimizə minlərlə hədiyyə, milyonlarla pulsuz danışıq dəqiqələri qazandırmışıq, onlarla müştərimiz ölkədaxili və xarici səyahət-istirahət paketləri qazanıblar.



Bank sektorunda rəqabətlilik artdıqca mövcud müştərilərin loyallığını qorumaq və yeni müştəriləri cəlb etmək çətinləşir. Təcrübə göstərir ki, bu cür proqramlar müştərilərin məmnunluğunu artıran olduqca səmərəli alətdir. „Ulduzum” proqramının xidmət və satış sahələrini əhatə edən geniş tərəfdaş şəbəkəsi mövcuddur, müştərilər də xidmətlərimizdən istifadə etməklə bu şəbəkədə çoxsaylı endirimlərdən faydalanırlar. Hər yeni aksiya və kampaniya əvvəlkindən daha uğurlu və cəlbedici olur – təbii ki, bu da müştərilərin “Ulduzum” proqramına yüksək rəğbət, Bakcell şirkətinə böyük inam, Xalq Banka dərin etibarının nümunəsidir.



»Ulduzum” — insanlar üçün dəyər yaradan bir brenddir və bu proqramla əməkdaşlığımız «Xalq Bank”ın müştərilərini məmnun edir – bizim üçün bu çox vacibdir. Bankımız ölkənin aparıcı özəl banklarından biridir. Biz müştərilərə ən yüksək standartlara cavab verən xidmət və məhsullar təqdim edirik. Biz Azərbaycan iqtisadiyyatının bütün sahələrinin liderləri ilə uğurla tərəfdaşlıq edirik. Bakcell öz zəngin tarixi, nəhəng abunəçi bazası, qüsursuz reputasiyası və yüksək imici ilə Xalq Bank üçün olduqca dəyərli tərəfdaşdır. Əminik ki, „Ulduzum” proqramı bizi öz mütərəqqi addımları ilə hələ çox sevindirəcək!” — deyə E. Eynullayev bildirdi.
“Ən yaxşı istehlakçı xidmətləri” mükafatı

Qeyd edək ki, proqramın uğurları hətta beynəlxalq səviyyədə belə diqqətsiz qalmayıb. Belə ki, 2015-ci ildə „Ulduzum” loyallıq proqramı Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika ölkələrində telekommunikasiya sahəsində “Ən yaxşı istehlakçı xidməti” adına layiq görülüb. Mükafat nüfuzlu „Telecoms World Middle East Awards 2015” tərəfindən müxtəlif ölkələrdən olan və telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətləri təmsil edən 250 namizəd arasında seçim vasitəsilə təqdim olunub.



“Ulduzum” proqramına necə qoşulmaq olar?

Hər bir Bakcell müştərisi „Ulduzum”a qoşula bilər. Bunun üçün heç bir abunə haqqı tələb edilmir. Loyallıq proqramında iştirak etmək üçün “1” rəqəmini 5555 nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir. Həmçinin, proqramdan istifadəni daha da rahat etmək üçün yaradılmış „Ulduzum” mobil əlavəsi iOS və Android platformalarında çalışan cihazlar üçün www.ulduzum.az saytından yüklənilə bilər.

Aid olduğu bloglar

Bakcell

Azərbaycanın ilk GSM operatoru Bakcell`in blogu.

Oxucuları
41
Başlıqları
116
Reytinq
4.58

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər