“Bakcell”dən “Təhsil Avtobusu-2018” Yay Məktəbinin keçirilməsinə dəstək



Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 17-23 iyul 2018-cı il tarixləri arasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Təhsil Avtobusu-2018” Yay Məktəbinə dəstək göstərdi.

“Təhsil Avtobusu” Yay Məktəbi “Azərbaycan üçün Öyrət” Milli Təhsil Proqramının Azərbaycanın müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur.

“Təhsil Avtobusu — 2018” Bakı şəhərindən yola düşərək Bakı-Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edir. Yay məktəbinin məqsədi bölgələrdə şagirdlərin şəxsi inkişafına stimul vermək, onların həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, dərsə marağının artırılmasına şərait yaratmaqdır. Layihə çərçivəsində ölkənin 5 bölgəsindəki həm modul tipli ucqar kənd, həm də orta məktəblərinin akademik göstəriciləri zəif və orta olan 7-8-9-cu sinif şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçiriləcək fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcək.

Sosial məsuliyyətli bir şirkət olaraq, Bakcell şirkəti uşaqların inkişafı və təhsilini xüsusi diqqət mərkəzində saxlayır. Şirkətin həyata keçirdiyi “Bakcell Stars” adlanan Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir. Bakcell şirkəti gənclərin təhsil almasına və karyera qurmasına dəstək göstərmək və beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməyə yönəlmiş uğurlu fəaliyyətini davam edəcək.

Aid olduğu bloglar

Bakcell

Azərbaycanın ilk GSM operatoru Bakcell`in blogu.

Oxucuları
42
Başlıqları
149
Reytinq
4.58

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər