Bakcell media nümayəndələri üçün yarış təşkil edib


Bakcell şirkəti jurnalistlər arasında Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə atıcılıq üzrə yarış keçirib.
Bakı Atıcılıq Mərkəzində təşkil olunmuş bu yarışda ölkənin müxtəlif media resurslarını təmsil edən 50-dən artıq jurnalist iştirak edib. Yarışdan öncə media nümayəndələri üçün atıcılıq üzrə təlim keçirilib. Təlimdən sonra isə jurnalistlər öz istəklərinə uyğun olaraq qruplara ayrılaraq Stend atıcılığı və Güllə atıcılığı üzrə yarışlara qatılıblar.
Əyləncə və dostluq atmosferində keçirilmiş yarışın qaliblərinə “Bakcell”dən maraqlı hədiyyələr təqdim edilib.
Bakcell şirkəti mütəmadi olaraq Azərbaycanda fəaliyyət göstərən müxtəlif media resurslarının nümayəndələri üçün mobil telekommunikasiya, informasiya və kommunikasiya texnologiyaları və digər vacib mövzularda təlimlər keçirməklə bu sahənin inkişafına yönəlmiş layihələrə dəstək göstərir.

Aid olduğu bloglar

Bakcell

Azərbaycanın ilk GSM operatoru Bakcell`in blogu.

Oxucuları
42
Başlıqları
139
Reytinq
4.58

Korporativ: Bakcell

Bakcell şirkəti 1994-cü ildə təsis edilib və Azərbaycanda mobil rabitə xidmətləri göstərən ilk şirkətdir.

Oxucuları
4
Başlıqları
133
Reytinq
0.00

1 şərh

annashetty
I am grateful to have opened this discussion. This question is quite interesting to me. Finally the answer was found run 3 cool math

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər