Bakcell Gəncədə məzun yarmarkasına qatılıb


Bakcell Gəncə şəhərində keçirilən 10-cu məzun yarmarkasında fəal iştirak edib.
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin tədris korpusunda təşkil olunan və 164 müəssisənin iştirak etdiyi “Məzun 2018” yarmarkasında Bakcell şirkətinin satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları təqdim olunub. Şirkətin nümayəndələri tələbə və məzunlarla müsahibələr keçirib. Məzun yarmarkasında quraşdırılmış Bakcell stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbirdə Bakcell şirkəti tərəfindən tələbələrə pulsuz CİN nömrə və hədiyyələr, ADAU-nun seçilmiş 3 tələbəsinə isə xüsusi hədiyyələr təqdim olunub.
Özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən Bakcell şirkəti, Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqət mərkəzində saxlayır və gənclərin məşğulluğunun inkişaf etdirilməsinə böyük töhfə verir. Təkcə cari il ərzində şirkət ADA Universiteti, Qərbi Kaspi Universiteti, ADNSU və ADAU-nun keçirdiyi karyera sərgilərində iştirakla yanaşı özünün ənənəvi yay təcrübə proqramını elan edib və gənclərin karyera və təhsilinə dəstək məqsədini daşıyan digər layihələri uğurla həyata keçirib.
Bakcell şirkəti gənclərin təhsil almasına və karyera qurmasına dəstək göstərmək və beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməyə yönəlmiş uğurlu fəaliyyətini davam edəcək.

Aid olduğu bloglar

Bakcell

Azərbaycanın ilk GSM operatoru Bakcell`in blogu.

Oxucuları
41
Başlıqları
116
Reytinq
4.58

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər