Bakcell Uşaqların Beynəlxalq Müdafiəsi Gününü UAFA-nın Gəncə şəhərindəki İcma Əsaslı Reabilitasiya Mərkəzində qeyd edib


Bakcell Uşaqların Beynəlxalq Müdafiəsi Gününü özünün uzun müddətli partnyoru UAFA (Azərbaycana Birgə Yardım) təşkilatının himayəsində olan uşaqlarla birgə keçirib.
Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etmək üçün Bakcell şirkətinin nümayəndələri UAFA-nın Gəncə şəhərində yerləşən İcma Əsaslı Reabilitasiya Mərkəzinə səfər edib, mərkəzin dərnəklərində iştirak edən uşaqlarla vaxt keçirib, onların hazırladıqları tamaşa və rəqsləri böyük həvəslə izləyiblər. Uşaqlar da öz növbəsində qonaqlara öz rəqslərini, şəkil və əl işlərini və digər nailiyyətlərini böyük məmnuniyyətlə nümayiş etdirib. Uşaqları bayram münasibətilə təbrik edən Bakcell əməkdaşları onlara rəsm ləvazımatları, kitablar və digər hədiyyələr təqdim ediblər.
***
Bakcell 2010-cu ildən etibarən UAFA təşkilatının reabilitasiya mərkəzlərində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əl işi, kompüter biliyi, idman, tamaşa, rəqs və rəsm dərnəklərinin təşkilinə öz dəstəyini göstərir. Bu dəstək sayəsində Gəncə, Yasamal və Xaçmaz reabilitasiya mərkəzlərin xidmətlərindən bəhrələnən uşaqlar yeni bacarıqlar əldə edib öz istedadlarını müxtəlif yerli və beynəlxalq yaradıcılıq, incəsənət və idman yarışlarında nümayiş etdirməklə müxtəlif layihələrin qalibi olublar.
UAFA-nın Gəncə və Yasamal İcma Əsaslı Reabilitasiya Mərkəzlərin xidmətlərindən bəhrələnən uşaqların rəsmləri “Əgər sehrli çubuğum olsaydı...” adlı kitabda yer alıb. UAFA təşkilatının Milli İncəsənət Muzeyi ilə birgə “3 Alma” TEAS Nəşriyyat Evinin dəstəyilə hazırlanmış bu kitabın təqdimatı 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə keçirilib.
***
2010-cu ildən etibarən davamlı olaraq UAFA İƏR mərkəzlərinin xidmətlərindən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqları dəstəkləməklə Bakcell şirkəti bu uşaqların bərabər hüquq və imkanların təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarını təmin etməyə çalışır. Bu layihə uşaqların və onların valideynlərinin cəmiyyətdə daha fəal olmasına, yeni dostlar qazanmasına, müxtəlif insanlar ilə ünsiyyətdə olmasına kömək olur, bütün bunlar isə öz növbəsində cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir.

Aid olduğu bloglar

Bakcell

Azərbaycanın ilk GSM operatoru Bakcell`in blogu.

Oxucuları
41
Başlıqları
131
Reytinq
4.58

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər