Bakcell rouminqdə WhatsApp-i pulsuz etdi


3 AZN-dən başlayan qiymətə 40-dan çox ölkədə bol-bol meqabayt və pulsuz WhatsApp. Bakcell şirkəti rouminq xidmətlərini abunəçilərə daha əlçatan və sərfəli etmək məqsədilə yeni rouminq paketlərini təqdim edib. Yeni paketlər sayəsində müştərilər xarici ölkələrə səyahət edərkən öz ailə üzvləri və yaxınları ilə ünsiyyətdə qala biləcəklər.

“Bakcell”in yeni “Rouminqdə İnternet” paketləri səyahət zamanı internetdən çox istifadə edən müştərilərin ürəyincə olacaq. Türkiyə, Gürcüstan, Rusiya, Almaniya və s. kimi 40-dan çox ölkədə təqdim olunan bu paketlər sayəsində Wi-Fi axtarmağa və ya yerli operatorun SİM kartını almağa ehtiyac qalmadı. Bakcell abunəçilərigündəlik, həftəlik və ya aylıq “Rouminqdə İnternet” paketlərindən birini əldə edib öz səyahət təəssüratlarını Facebook, İnstagram və digər sosial şəbəkələrdə istədikləri qədər paylaşa biləcəklər. Bundan əlavə, “Rouminqdə İnternet” paketlərin istifadəçiləri WhatsApp-dan tam olaraq pulsuz istifadə edəcəklər (mətn və zənglər üçün):

“Rouminqdə hamısı daxil” paketləri 19 ölkədə təqdim olunmaqla, abunəçilərə öz yaxınları ilə tətil və səyahət həyəcanı və təəssüratları bölüşməyə imkan verir.

Yeni Rouminq paketləri vasitəsilə Bakcell abunəçiləri səyahət zamanı heç bir məhdudiyyət və məsafə hiss etməyəcəklər. Şirkət müasir rabitə xidmətləri istifadəçilərinin tələb və ehtiyaclarını qarşılamaq məqsədilə innovativ həllər təklif etməyə davam edəcək.

“Bakcell”in təklif etdiyi rouminq xidmətləri barədə daha ətraflı məlumat www.bakcell.com səhifəsində təqdim olunur.

Aid olduğu bloglar

Bakcell

Azərbaycanın ilk GSM operatoru Bakcell`in blogu.

Oxucuları
42
Başlıqları
149
Reytinq
4.58

Korporativ: Bakcell

Bakcell şirkəti 1994-cü ildə təsis edilib və Azərbaycanda mobil rabitə xidmətləri göstərən ilk şirkətdir.

Oxucuları
4
Başlıqları
133
Reytinq
0.00

4 şərh

annashetty
I am grateful to have opened this discussion. This question is quite interesting to me. Finally the answer was found cool math games

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər