"Bakcell"dən Azərbaycan-Fransiz Universitetində (UFAZ) keçirilmiş beynəlxalq innovasiya müsabiqəsinə dəstək


Bakcell şirkəti “ActInSpace 2018 Azerbaijan” beynəlxalq innovasiya müsabiqəsinə dəstək göstərdi. 2014-cü ildən etibarən bütün dünyada təşkil olunan ActInSpace müsabiqəsi Azərbaycanda ilk dəfə olaraq Azərbaycan-Fransiz Universiteti (UFAZ) tərəfindən keçirilib.
Kosmos proqramları sahəsində beynəlxalq nüfuza malik ActInSpace müsabiqəsi Milli Kosmik Tədqiqatlar Mərkəzi (CNES), Avropa Kosmik Agentliyi (ESA) və ESA BİC Sud France kimi təşkilatların iştirakı ilə dünyanın 40 ölkəsinin 70 şəhərində keçirilir. Dünyanın istənilən ölkəsindən gələn iştirakçılar üçün açıq olan bu müsabiqənin əsas məqsədi sahibkarlığın inkişaf etdirilməsi və proqram təminatı, verilənlər bazaları və kosmik infrastruktur sahəsində mövcud olan problemlərin həlli yollarının tapılmasıdır.
“ActInSpace 2018 Azerbaijan” UFAZ tərəfindən, Fransanın Azərbaycandakı səfirliyi, Bakcell şirkəti, “IT STEP Academy” və “AIKON Constructions” şirkətinin sponsorluğu və dəstəyi ilə təşkil olunub. Bakının müxtəlif universitetlərindən olan 100-dən artıq tələbədən ibarət komandalar müsabiqədə iştirak etməklə CNES, ESA, Airbus və kosmik sənayesində fəaliyyət göstərən digər təşkilatlar tərəfindən qoyulmuş real həyat tapşırıqları üzərində çalışıblar. Komandalara kosmik texnologiyalar üçün istifadə olunacaq innovativ xidmət və məhsulları fikirləşib öz ideyalarını irəli sürmək üçün 24 saat vaxt verilib.
Mayın 24-də “AIS2018 Azerbaijan” müsabiqəsinin sponsorları və partnyorlarının iştirakı ilə keçirilmiş mətbuat konfransında çıxış edən “Bakcell”in baş icraçı direktoru Nikolai Bekkers bildirib ki, şirkət gənc nəslin nümayəndələrin təşəbbüslərini və Azərbaycanda təhsilin inkişaf etdirməsi ilə bağlı layihələri dəstəkləməyə həmişə hazırdır: “İnnovasiyalar Bakcell şirkətinin fəaliyyətində həlledici rola malikdir. Bildiyiniz kimi, Bakcell ölkədə müxtəlif hakaton və startap layihələrin keçirilməsini dəstəkləyən ilk şirkətlərdən olmaqla yanaşı özünün müasir startap inkubasiya mərkəzini yaradıb. Bizim əsas missiyamız Azərbaycanın gənc vətəndaşlarını maarifləndirmək və onlara inkişaf üçün stimul verməkdir. Bu baxımdan AİS təşəbbüsünə dəstək vermək imkandan çox məmnunuq. «Bakcell»i bu layihənin yerli partnyoru qismində seçdiklərinə görə Fransa Səfirliyinə və UFAZ-a öz dərin təşəkkürümüzü bildiririk. Biz əminik ki mütəxəssislərimizin təcrübəsi və dəstəyi yarışma zamanı komandalar üçün olduqca faydalı olacaq”.
Tələbələrin hazırladıqları startap layihələr ekspertlər tərəfindən qiymətləndirilib və iki layihə final mərhələsinə keçib. Qalib komanda Strasburq Universitetinin rektoru Mişel Deneken, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın Kosmik Tədqiqatlar Milli Mərkəzinin prezidenti Jan-Iv Le Gal və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevdən ibarət münsiflər heyəti tərəfindən seçilib. UFAZ-ın 5 nəfər birinci kurs tələbəsində ibarət “Sooners” komandası Azərbaycan üzrə birinci yerin, UFAZ-ın “Tensor Science” komandası isə ikinci yerin qalibi olub. Qalib komanda iyunun 27-si Azərbaycanı beynəlxalq final mərhələsində ilk dəfə olaraq təmsil etmək üçün Fransanın Tuluza şəhərinə göndəriləcək.
Qeyd edək ki, “ActInSpace 2018 Azerbaijan” müsabiqəsinin keçirilməsinə maliyyə dəstəyi göstərən Bakcell həmçinin iştirakçıları texniki məsləhət və təlim dəstəyi ilə təmin edib. Belə ki, Bakcell şirkətinin “AppLab” inkubasiya proqramının ekspertləri və komanda üzvləri iştirakçılara startap layihələrinin hazırlanmasında kömək etmək üçün texnologiya və biznes modeli kimi sahələr üzrə öz təcrübə və bilikləri ilə bölüşüb.
İnnovasiya sahəsində lider olan Bakcell gənc nəslin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta innovativ ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırdır.

Aid olduğu bloglar

Bakcell

Azərbaycanın ilk GSM operatoru Bakcell`in blogu.

Oxucuları
41
Başlıqları
116
Reytinq
4.58

Korporativ: Bakcell

Bakcell şirkəti 1994-cü ildə təsis edilib və Azərbaycanda mobil rabitə xidmətləri göstərən ilk şirkətdir.

Oxucuları
4
Başlıqları
119
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər