“AppLab” proqramının iştirakçıları gənc developerin uğur hekayəsini dinləyib


Bakcell özünün innovativ “AppLab” inkişaf və inkubasiya proqramının iştirakçıları ilə ölkənin ən uğurlu gənc developerlərindən və startap yaradıcılarından biri olan Toğrul Səmədin görüşünü təşkil edib.
Toğrul Səməd və onun komandası 21 ölkə üzrə “Appstore”nin “Ən yaxşı yeni oyunlar” kateqoriyasına daxil edilmiş və “Google Play”də 5 milyon dəfədən çox yüklənmiş məşhur “Fatal Fight” mobil oyununun müəllifidir. Qısa bir vaxt ərzində populyarlaşan oyun sonradan “İtech Media Solutions” şirkətinə satılıb və Çinin Android marketində (TapTap) “Top 1” mobil oyun adına layiq görülüb.
Toğrul Səməd həmçinin “Buglance” crowdtesting platforması və “Tado Cafe” kimi digər uğurlu startapların müəllifidir.
“AppLab” mərkəzindəki görüş zamanı Toğrul öz uğur hekayəsini danışıb və gənclərə uğurlu startapın və biznesin başlanılması və idarə edilməsinə dair mühüm tövsiyələr verib.
Xatırladaq ki, “AppLab” layihəsinin iştirakçıları şirkətin “AppLab” Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim imkanları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər. “AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. “AppLab” Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.

İnnovasiya sahəsində lider olan Bakcell gənc nəslin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta innovativ ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırdır.

Aid olduğu bloglar

Bakcell

Azərbaycanın ilk GSM operatoru Bakcell`in blogu.

Oxucuları
42
Başlıqları
149
Reytinq
4.58

Korporativ: Bakcell

Bakcell şirkəti 1994-cü ildə təsis edilib və Azərbaycanda mobil rabitə xidmətləri göstərən ilk şirkətdir.

Oxucuları
4
Başlıqları
133
Reytinq
0.00

3 şərh

LaurenDesouza
Congratulations to those young developers and start up creators who got a chance to attend innovative «AppLab» development and incubation program held by Bakcell and got appreciations for their work & motivation. I will sure share this success story and innovative program information to young developers who get best professional CV services by the UK’s top CV consultant works at CV Folks, so they can learn and recommend to organize such programs to their employers for their betterment.
annashetty
Məlumatı paylaşdığınız üçün təşəkkür edirik! Batareyanın dəyişdirilməsi fikri, batareyanın şarj edilməsini gözləmədən daha yaxşı səslənir. cool math games
CarolineWebb
Much appreciate Toghrul Samad and his team who are the author of the popular «Fatal Fight» mobile game, contained within in the Appstore's «Best New Games» category in 21 countries and downloaded over 5 million times on «Google Play». I will definitely share this young developer's success story with youngsters who come to design adult nursing personal statement at Personal Statement Folks from personal statement experts because it is one of the best motivational story for college students.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər