Bakcell və Böyük Britaniya Səfirliyinin dəstəyilə British Council tərəfindən “Əlilliyi olan Şəxslər İş Dünyasında” adlı konfrans təşkil edilib


Bakcell şirkəti və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə British Council tərəfindən əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına həsr olunmuş konfrans keçirilib.
19 dekabr, 2017-ci il tarixində təşkil edilmiş konfransda qeyd olunan sahə üzrə fəaliyyət göstərən qərarverici şəxslər, işəgötürənlər, biznes şirkətləri, Əmək və Sosial Müdafiə Nazirliyi, dövlət məşğulluq mərkəzləri və digər maraqlı tərəflərin nümayəndələri bir araya gələrək bu mövzu barədə yerli və beynəlxalq təcrübəyə əsaslanan təqdimatları dinləyib və müzakirələrdə iştirak edib. Tədbir vasitəsilə işəgötürənlərin diqqəti əlilliyi olan şəxslərin işə götürülməsi ilə bağlı məsələlərə yönəldilib və bu istiqamətdə məlumatlılığın və Azərbaycanda yaşayan əlillərin iş imkanlarının artırılması üçün zəruri addımların atılması müzakirə edilib.
Tədbir zamanı Birləşmiş Krallıqdan dəvət olunmuş ekspert Mark Qrey əlilliyi olan insanların əmək bazarına inteqrasiyası üzrə öz ölkəsinin təcrübəsi haqqında danışıb.
“Həyata keçirdiyimiz “Bakcell Stars” adlı Korporativ Sosial Məsuliyyət proqraminın əsas istiqamətlərindən biri əlilliyi uşaqların və gənclərin təhsili və işə hazırlıq və məşğulluq imkanlarının artırılmasıdır. Bakcell hər zaman ölkəmizin müxtəlif bölgələrində yaşayan fiziki və emosional qüsuru olan uşaqların və onların ailələrin yanındadır və biz onların cəmiyyətin fəal və bərabərhüquqlu üzvü olması üçün əlimizdən gələni edirik” deyə, Bakcell şirkətinin PR və Korporativ Kommunikasiyalar departamentinin rəhbəri Süheyla Cəfərova bildirib.
“”British Council”in fəaliyyəti müxtəlif mədəniyyətlər arasında mənalı, davamlı və hörmətli münasibətlərin yaradılmasına yönəlib. Biz bu məqsədimizə yalnız hər bir fəaliyyətimizdə müxtəlifliyə dəyər vermək, bərabərliyi və inkluzivliyi təbliğ etmək yolu ilə nail ola bilərik. Əlilliyi olan Şəxslərin Məşğulluq Qabiliyyətlərinin Artırılmasına dair Proqram çərçivəsində əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması məqsədilə müxtəlif yönümlü fəaliyyətlər həyata keçiriləcək. Proqramda iştirak edən gənclər bir neçə istiqamət üzrə bilik və bacarıqlarını artıracaq, bu isə öz növbəsində onların işədüzəlmə imkanlarına müsbət təsir göstərəcək”, deyə British Council Azərbaycan ofisinin direktoru Elizabet Vayt bildirib.

Azərbaycanın ən iri şirkətlərindən biri olan Bakcell şirkəti ölkənin məsuliyyətli korporativ vətəndaşı funksiyasını böyük qürurla həyata keçirməkdədir. Özünün geniş miqyaslı korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Bakcell şirkəti tanınmış xeyriyyə cəmiyyətləri və təşkilatları ilə birgə fəaliyyət göstərərək, xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək verilməsinə və onların cəmiyyətə inteqrasiyasına yönəlmiş layihələrin uğurla həyata keçirilməsinə görə dəfələrlə mükafatlara layiq görülüb. Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müsahibə bacarıqları, CV yazılması, karyeranın inkişafı, mühasibatlıq və s. mövzularda təlimlərin təşkil edilməsinə fəal şəkildə dəstək göstərir.

Aid olduğu bloglar

Bakcell

Azərbaycanın ilk GSM operatoru Bakcell`in blogu.

Oxucuları
41
Başlıqları
90
Reytinq
4.58

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər