Bu Bakcell abunəçiləri “Instagram”dan pulsuz istifadə edəcək


Bakcell şirkəti Azərbaycanda bənzəri olmayan internet təklifləri ilə abunəçilərini sevindirməyə davam edir. Şirkət iPhone istifadəçiləri üçün pulsuz Instagram xidmətini istifadəyə verdiyini elan edir. Bir müddət öncə Bakcell Novruz hədiyyəsi kimi Pulsuz Facebook və Klass tarifində olan abunəçilər üçün pulsuz Whatsapp kimi müxtəlif innovativ data təkliflərini təqdim edib.

İndi iPhone mobil telefonlarına sahib olan bütün Bakcell abunəçiləri xüsusi sərfəli iPhone paketləri daxilində Instagram xidmətindən pulsuz istifadə etmək imkanı qazanacaqlar. Yeni iPhone paketləri əsas internet paketindən və abunəçilərin öz iPhone mobil telefonlarında istifadə edə biləcəyi xüsusi bonusdan – “Instagram”dan istifadə etmək üçün əsas internet paketinin həcminə bərabər olan həcmdə pulsuz trafikdən ibarətdir.

“Bakcell şəbəkəsində iPhone istifadəçilərinin sayı çoxdur və onların əksəriyyəti fəal Instagram istifadəçiləridir. “Bakcell”in “Daha yaxın olaq” fəlsəfəsinə uyğun olaraq, biz çalışırıq ki, abunəçilərimiz yaşadıqları xoş anları öz yaxınları, dostları və ailələri ilə daha çox paylaşmaq imkanına malik olsunlar. Biz inanırıq ki, indi hər bir iPhone istifadəçisi təqdim edilən bu internet paketlərindən özünə ən çox uyğun olanını seçə biləcək. Aylıq istifadə həcmindən asılı olaraq siz təkliflərdən birini seçə və ona uyğun internet paketində “Instagram”dan pulsuz faydalana bilərsiniz”, — deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.

iPhone istifadəçilərinin yararlana biləcəyi yeni paketlər üstünlükləri və aktivləşdirmə kodları ilə birlikdə aşağıdakı cədvəldə göstərilib:

Aid olduğu bloglar

Bakcell

Azərbaycanın ilk GSM operatoru Bakcell`in blogu.

Oxucuları
42
Başlıqları
149
Reytinq
4.58

1 şərh

banti7997
You have the full speed to downloading to connect the here this amazing firefox com download free you need to just upgrade your old browser and create the full fun forever.most web users have install this online.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər