"Bakcell"in "Ulduzum" yenilikləri + VIDEO


İnternet texnologiyalarının inkişafı ilə əlaqədar SMS və zəng xidmətlərinin online platformada ödənişsiz istifadə imkanları meydana çıxdıqca mobil operatorlar bu rəqabətə davam gətirmək üçün maraqlı innovativ imkanlar təqdim etməyə çalışırlar. Bu dəfə Sizə bu cür alternativ innovativ yeniliklərdən olan «Bakcell»in «Ulduzum»u barədə məlumat verəcəyik.

«Ulduzum» adlı loyallıq proqramı vasitəsilə «Bakcell» bütün abunəçilərinə müxtəlif sahələrdə bir çox imtiyazlar və dəyərli xidmətlər təklif edir.

18-20 dekabr tarixlərində «Bakcell»in jurnalistlər üçün Mobil Telekommunikasiya mövzusunda təşkil etdiyi seminarda çıxış edən şirkətin Müştərilərin inkişafı bölməsinin rəhbəri Zaur Cəlilovun təqdimatı da məhz «Ulduzum»la bağlı oldu. Z.Cəlilovun verdiyi məlumata əsasən, “Ulduzum” proqramında əsas hədəf abunəçilərin maksimum keyfiyyətdə sərfəli xidmətlərlə təmin olunmasıdır. Məhz bu səbəbdən cari ildə, Dubayda keçirilən “The Telecoms World Middle East Awards 2015” mükafatlandırma mərasimində Orta Şərq, Mərkəzi və Şərqi Asiya və Şimali Afrika ölkələrində fəaliyyət göstərən 250 şirkət arasındabirinci yerə layiq görülüb. «Ulduzum»a qoşulan hər kəsə partnyor restoran, geyim, aksesuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzlərində 3-10 faiz endirim vəd edilir. Bundan əlavə proqram çərçivəsində xeyli sayda promo kampaniyalar da mövcuddur. Məsələn, hər həftənin cümə axşamı günü Ulduzum istifadəçiləri “28 Cinema”dan bilet alarkən onlara hər ikinci bilet pulsuz təqdim olunacaq. Bundan əlavə, Bakcell şirkəti 189 Taksi xidməti ilə birlikdə «Green Car Azerbaijan” MMC tərəfindən təqdim olunan „ağıllı avtomobil”i nümayiş etdirir.

“Ulduzum” proqramı vasitəsilə taksi xidməti üçün 20% endirim qazanır Bunun üçün „1“ yazıb 5555 nömrəsinə pulsuz SMS yollamaqla abunəçi „Ulduzum“a üzv ola bilər. Proqrama qoşulan abunəçilər „Ulduzum“ və „Ulduzum Premium“ üzvləri olmaqla 2 qrupa bölünüb. 5 ildən çox “Bakcell”in abunəçisi olan şəxslər, əvvəlki ayda balansına 15 AZN yükləmiş abunəçilər, Gold və Klass XXL tarifində olan bütün abunəçilər „Ulduzum Premium“ proqramına qoşula bilər. Bütün digər abunəçilər isə „Ulduzum“ kateqoriyasına aid edilir. Abunəçilər „1“ yazıb 5555 qısa nömrəsinə pulsuz SMS göndərməklə proqrama qoşulur. Daha sonra „*“ yazıb 5555 qısa nömrəsinə SMS göndərməklə abunəçi 4 rəqəmli şifrə alır. SMS-in qiyməti 0.03 AZN-dir. Abunəçi aldığı Kodu Ulduzum partnyor şəbəkəsində təqdim etməklə endirimlərdən faydalana bilər.

Proqramın işləmə mexanizmi ilə bağlı buradan məlumat əldə edə bilərsiniz: http://ulduzum.az/page/how-it-works

Məlumat üçün bildirək ki, 18-20 dekabr aralığında keçirilən seminarda „Ulduzum“la yanaşı mobil video məzmun mövzusunda Əlavə dəyər xidmətləri yarımbölməsinin rəhbəri Elçin Quliyev, həmçinin “Əşyaların interneti” (M2M) mövzusunda „Bakcell“ şirkətinin Yeni məhsulların inkişafı bölməsinin rəhbəri Cəlil Xəlilov, “Abunəçilərin bizdən gözlədikləri nədir?” mövzusunda şirkətin Müştəri xidmətləri üzrə baş direktoru Selda Korkmaz Bostancıoğlu, “Bakcell şəbəkəsi və müştəri təcrübəsi” mövzusunda „Bakcell“ şirkətinin Yeni texnologiyalar və keyfiyyətin qiymətləndirilməsi departamentinin rəhbəri Roman İqnatenko çıxış ediblər.

Bununla yanaşı, jurnalistlərin telekommunikasiya sahəsi ilə əlaqədar müxtəlif sualları ekspertlər tərəfindən cavablandırılıb.






Aid olduğu bloglar

Bakcell

Azərbaycanın ilk GSM operatoru Bakcell`in blogu.

Oxucuları
42
Başlıqları
149
Reytinq
4.58

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər