“Bakcell”in baş texniki direktoru “İlin texniki direktoru” mükafatının finalçıları arasında

Bakcell şirkəti “World Communication Awards” (Ümumdünya Kommunikasiya Mükafatı) adlı mötəbər mükafatda “İlin texniki direktoru” kateqoriyası üzrə 7 finalçı arasında şirkətinin baş texniki direktoru Yiğit Berktaşın adının yer alması ilə qürur duyur.

“Total Telecom” təşkilatı tərəfindən təşkil olunan “World Communication Awards” dünya telekommunikasiya sahəsində təşkil olunan ən nüfuzlu mükafatlardan biridir. Telekommunikasiya sahəsinin təntənəli tədbirlərindən olan təqdimetmə mərasimində şirkətlər tərəfindən müvafiq sahədə innovasiyaların tətbiqi, əldə edilən nailiyyətlər və yüksək fəaliyyət nəticələri qiymətləndirilir və dünyaya tanıdılır.

Mükafat qalıbinin adı dekabrın 1-də İngiltərənin London şəhərində yerləşən Uembli stadionunda keçiriləcək və telekommunikasiya sənayesində çalışan 5000-dən artıq rəhbər işçinin iştirak etdiyi təntənəli şam yeməyində açıqlanacaq.

Son bir neçə il ərzində Bakcell şirkəti öz şəbəkəsinin inkişaf etdirilməsinə və genişləndirilməsinə böyük investisiyalar yatırıb. Şirkətin Müştəri Təcrübəsinin İdarə Edilməsi sistemi qoyulan investisiyaları düzgün planlaşdırmaq və müştəri məmnuniyyətinin artırılması istiqamətində prioritet sahələri müəyyən etmək üçün əsas alət kimi xidmət edir. Bu platforma vasitəsilə xidmət keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş önləyici tədbirlər görmək imkanına malik olan Bakcell şirkəti daha yüksək keyfiyyətli xidmətlər göstərir və planlaşdırılmış marketinq kampaniyalarını həyata keçirir. Data trafikinin idarə edilməsi sisteminə qoyulan investisiya müştəriyönümlü, həqiqətən fərdiləşdirilmiş data məhsulları, yeni tariflər və innovativ xidmətlər təqdim etmək üçün geniş imkanlar yaradır. Bu, Bakcell şirkətinin gələcəyinə və sabahın informasiya xidmətlərinə qoyulan bir sərmayədir. Bu və başqa layihələr Bakcell şirkətini Azərbaycanın telekommunikasiya sahəsində texnologiya liderinə çevirir.
Finalçılar və mükafatlar haqqında daha ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz: www.totaltele.com/view.aspx?C=0&ID=491755

Aid olduğu bloglar

Bakcell

Azərbaycanın ilk GSM operatoru Bakcell`in blogu.

Oxucuları
42
Başlıqları
149
Reytinq
4.58

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər