İndi Bakcell abunəçiləri internet paketlərini paylaşa bilər

Bakcell şirkəti Azərbaycanda ilk dəfə olaraq öz abunəçilərinə internet paketlərini paylaşmaq imkanı verir.
Bakcell
İndi Bakcell abunəçiləri özlərinə məxsus nömrənin internet paketini istədikləri 4 nəfər ilə bölüşə bilərlər. Beləliklə, bir neçə abunəçi eyni anda yalnız bir mobil internet paketindən istifadə edə biləcək. “Paylaşılan” paketdən mobil telefon, planşet, data kart və s. istifadəçiləri yararlana bilərlər. “Paylaşılan” internet paketlərinin həcmlərinə uyğun qiymətləri aşağıdakı cədvəldə göstərilib.

Həcmindən asılı olmayaraq bütün paylaşılan internet paketlərinin istifadə müddəti 30 gündür. Abunəçi paylaşılan internet paketinin aktivləşdirilməsini Bakcell xidmət mərkəzinə yaxınlaşmaqla və ya 555 nömrəsinə zəng etməklə Məlumat Mərkəzi vasitəsilə həyata keçirə bilər. Paylaşılan paketin qoşulması 24 saat ərzində həyata keçirlir və paket aktivləşəndə abunəçinin nömrəsinə SMS göndərilir.

“Bakcell ölkədə mobil internet bazarının aparıcı qüvvəsidir. “Bakcell”in 3G şəbəkəsinin bütün ölkəni əhatə etdiyi və 4G şəbəkəsinin genişlənməkdə olduğu bir dövrdə bizim abunəçilərimizin mobil internetə olan tələbatı getdikcə artmaqdadır. 4G xidmətinin istifadəyə verilməsi bizim şəbəkəmizdə data trafikinin həcminin iki dəfə artmasına səbəb olub. Bunları nəzərə alaraq biz mobil interneti abunəçilərimiz üçün daha əlçatan edirik. Paylaşılan internet təcrübəsini Azərbaycanda ilk dəfə Bakcell şirkəti təqdim edir və biz inanırıq ki, abunəçilərimiz bu imkandan yetərincə faydalana biləcəklər”,-deyə Bakcell şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib.

Aid olduğu bloglar

Bakcell

Azərbaycanın ilk GSM operatoru Bakcell`in blogu.

Oxucuları
41
Başlıqları
122
Reytinq
4.58

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər