Mançester Yunayted Futbol Məktəbinə Növbəti Seçimin Nəticələri Elan Edildi

Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Mançester Yunayted Futbol Məktəbinə seçim prosesinin nəticələrini elan edir.

“Bayıl Arena” stadionunda təşkil olunan seçim prosesində avqustun 22-də 2007-2008-ci il təvəllüdlü 32 nəfər, avqustun 23-də isə 2004, 2005, 2006-cı il təvəllüdlü 54 nəfər uşaq iştirak edib. Seçimlərin yekun mərhələsi 2004, 2005, 2006-cı il təvəllüdlülər üçün 26 avqust, 2007-2008-ci il təvəllüdlü uşaqlar üçün isə 29 avqust tarixində keçirilib. Seçimlərdən müvəffəqiyyətlə keçən və Mançester Yunayted Futbol Məktəbinə qəbul olunan uşaqların adları aşağıdakı cədvəldə qeyd olunub:
Manchester
Seçilmiş uşaqlar üçün 6 həftəlik sınaq müddəti təyin olunub. Bu sınaq müddətini müvəffəqiyyətlə başa vuran uşaqlar yaş qruplarına uyğun olaraq U-10, U-11 və U-12 qruplarında məşqlərdə iştirak edəcəklər.

Qeyd edək ki, seçimlər Mançester Yunayted Futbol Məktəbindən Azərbaycana ezam olunmuş məşqçi Mick Benett, AFFA tərəfindən isə Samir Ələkbərov və Cahangir Həsənzadə tərəfindən aparılıb.
Mançester Yunayted Futbol Məktəbi
Mançester Yunayted Futbol Məktəbi
Mançester Yunayted Futbol Məktəbi
Mançester Yunayted Futbol Məktəbi
Mançester Yunayted Futbol Məktəbi
Mançester Yunayted Futbol Məktəbi
Mançester Yunayted Futbol Məktəbi

Aid olduğu bloglar

Bakcell

Azərbaycanın ilk GSM operatoru Bakcell`in blogu.

Oxucuları
41
Başlıqları
111
Reytinq
4.58

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər