Bakcell internet paketlərini yarı qiymətə təklif edir

İnternet
Bakcell şirkəti abunəçilərinin yüksək sürətli mobil internetdən daha sərfəli qiymətlərlə faydalanmağı üçün yeni endirim kampaniyasına start verib.

14 avqust 2015-ci il tarixindən etibarən Bakcell abunəçiləri internet paketi aldıqda, kampaniya çərçivəsində ikinci eyni həcmli internet paketini yarı qiymətə əldə edə bilirlər.

40, 120, 360 və ya 600 MB həcmində istənilən internet paketini əldə etdikdən sonra, abunəçiyə ikinci internet paketin yarı qiymətə əldə edilməsi imkanı barədə məlumat SMS vasitəsilə göndərilir. İkinci internet paketini yarı qiymətə almaq üçün abunəçilərə hər dəfə 24 saat vaxt təqdim olunur.

Aid olduğu bloglar

Bakcell

Azərbaycanın ilk GSM operatoru Bakcell`in blogu.

Oxucuları
41
Başlıqları
111
Reytinq
4.58

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər