Bakcell-in “Virtual Futbol Çempionatı”-nın qalibi Amerikadan qayıdıb

Bakcell Virtual Football Cup
Bakcell şirkəti tərəfindən 2015-ci ilin fevral-aprel aylarında “Futbol Bakcell ilə” layihəsi çərçivəsində təşkil olunan “Bakcell Virtual Futbol Çempionatı”nın qalibi Hacı Mirzəməmmədov Mançester Yunayted — Barselona oyununu izləmək və Mançester Yunayted futbol klubunun oyunçuları ilə görüşmək üçün ABŞ-a səfər edib. Hacı səfər çərçivəsində Memfis Depay, Matteo Darmian, Eşli Yanq, Maruan Fellaini, Ander Errera, David De Hea kimi ulduz oyunçularla görüşərək virtual futbol oynamaq imkanı qazanıb.

ABŞ-nın Kaliforniya ştatında keçirilən Mançester Yunayted — Barselona oyununu Bakcell şirkətinin xüsusi qonağı qismində izləyən Hacı bu səfər haqqında təəssüratlarını bölüşüb: “Bu yarış olmasaydı, mənim yəqin ki heç vaxt Mançester Yunayted ulduzları ilə ABŞ-da görüş imkanım olmayacaqdı. Bakcell şirkətinin təşkil etdiyi virtual futbol çempionatında iştirak etdiyimə və qalib gəldiyimə görə çox sevinirəm. Yaradılan bütün imkanlara görə və ömür boyu xatırlayacağım ən gözəl anlar yaşatdığına görə Bakcell şirkətinə böyük minnətdarlığımı bildirirəm”.
Bakcell Virtual Football Cup
“Ümidvaram ki, biz çempionatın qalibi olan Hacı Mirzəməmmədovun gözləntilərini qarşıladıq və o, Amerikada tətilini səmərəli keçirdi. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Mançester Yunayted ilə birlikdə həyata keçirdiyimiz “Futbol Bakcell ilə” layihəsi çərçivəsində Azərbaycanda futbolun inkişafına bütün səviyyələrdə dəstək olmağa çalışırıq. Futbol hamı üçündür. Bu oyunu real həyatda oynamayan insanlar da oyunları izləməkdən və ya “PlayStation”da virtual şəkildə oynamaqdan böyük həzz alırlar. Bunu nəzərə alaraq təşkil etdiyimiz “Bakcell Virtual Futbol Çempionatı” sayəsində sağlam idman rəqabətinin təşviq olunması və gənclərin boş vaxtlarını daha səmərəli keçirməsi üçün əlavə imkan yaratmış olduq. Bu çempionata maraq çox böyük oldu və 7000 nəfərə yaxın məktəbli qatıldı. Onlayn oyunlar oynamağı sevənlər üçün Bakcell yüksək sürətli İnternet bağlantısını təmin edir. Virtual oyun həvəskarları üçün biz gələcəkdə də ı eksklüziv imkanlar və məhsullar təqdim etməyi planlaşdırırıq”, deyə Bakcell şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib.

Qeyd edək ki, “Bakcell Virtual Futbol Çempionatı” 2015-ci ilin fevral-aprel aylarında respublikanın paytaxtında və 8 regionunda yerləşən orta məktəblərin 9, 10 və 11-ci sinif şagirdləri arasında keçirilib. 26 aprel 2015-ci il tarixində baş tutan final görüşünün qalibi Hacı Mirzəməmmədov olub.
Bakcell Virtual Football Cup
Bakcell Virtual Football Cup
Bakcell Virtual Football Cup
Bakcell Virtual Football Cup
Bakcell Virtual Football Cup

Aid olduğu bloglar

Bakcell

Azərbaycanın ilk GSM operatoru Bakcell`in blogu.

Oxucuları
41
Başlıqları
109
Reytinq
4.58

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər