Bakcell 4G rouminq xidmətini aktivləşdirən ölkələrin siyahısına nəzər yetirin

Hal-hazırda, Bakcell Azərbaycanda öz abunəçilərinə və ölkəyə gələn qonaqlara 4G rouminq xidməti təklif edən yeganə mobil operatorudur. Şirkət yüksək sürətli LTE mobil interneti təqdim etməsinin ardından qısa müddət ərzində dünyanın 14 ölkəsində 4G rouminq xidmətini aktivləşdirib.
Bakcell 4g
Belə ki, Bakcell abunəçiləri ölkə xaricində olarkən yüksək sürətli 4G LTE xidmətlərindən yararlana biləcəklər. Bundan əlavə, 4G rouminq xidmətindən istifadə üçün qiymətlər 3G xidmətində olduğu kimi qalacaq.
Bakcell 4G rouminq xidmətinin mövcud olduğu ölkələrin və operatorların siyahısı:
Bakcell 4g rouminq
Bu xidmət birinci Avropa Oyunlarının keçirildiyi müddət ərzində ölkəmizə səfər edənlər arasında xüsusilə populyar olub və çoxsaylı xarici qonaqlar Bakcell tərəfindən təqdim olunan 4G mobil interneti barədə məmnun olduqlarını bildiriblər. Birinci Avropa Oyunları zamanı Azərbaycana gələn turistlərin 1000 nəfərdən çoxu 150 Mbit/s çatan sürəti dəstəkləyən ən müasir LTE xidmətindən faydalanmaq üçün Bakcell şəbəkəsini seçiblər.

“Bu gün Azərbaycan mobil operatorları arasında yalnız Bakcell abunəçiləri 4G rouminq xidmətindən faydalana bilərlər və Azərbaycanda 4G xidmətindən faydalanmaq istəyən xarici operatorların abunəçiləri Bakcell şəbəkəsini seçə bilərlər. Hazırda bu xidmət Azərbaycandan kənarda istirahət edənlər və ya ezamiyyətdə olan korporativ abunəçilərimiz arazında sürətlə populyarlaşır. Bakıda 4G xidmətinin əhatə dairəsini genişləndirməklə yanaşı biz abunəçilərimizə LTE xidmətini təqdim edən ölkələrin sayını da artırırıq” deyə, Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

Hazırda Bakcell abunəçiləri ümumilikdə 168 ölkədə 417 mobil operatorun şəbəkəsində rouminq xidmətindən istifadə edə bilirlər.
Xarici səfərdə olan abunəçilər Bakcell Rouminq Applikasiyasından istifadə etməklə bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, SMS və İnternet qiymətləri və cari rouminq kampaniyaları haqqında bütün məlumatları əldə edə, eyni zamanda, “Bakcell”lə onlayn əlaqə yaradaq dəstək ala bilərlər. 4G rouminq xidmətinin partnyorların siyahısı barədə məlumat da həmçinin Bakcell rouminq applikasiyasından əldə oluna bilər.

Bakcell Rouminq applikasiyası haqda daha ətraflı məlumat üçün: www.bakcell.com/az/bakcell-rouminq-app

Aid olduğu bloglar

Bakcell

Azərbaycanın ilk GSM operatoru Bakcell`in blogu.

Oxucuları
41
Başlıqları
109
Reytinq
4.58

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər