Bakcell Ramazan ayı ərzində “Ulduzum” abunəçilərinə pulsuz zənglər təklif edir

Bakcell şirkəti Ulduzum sadiqlik proqramının abunəçiləri üçün yeni Ramazan kampaniyasının başlandığını elan edir.
Bakcell
Ulduzum proqramı çərçivəsində yeni Ramazan kampaniyası 18 iyundan başlayaraq 16 iyul 2015-ci il tarixinə kimi davam edəcək. Bakcell abunəçiləri bu kampaniyada iştirak edən restoranlardan birində öz yaxınları ilə birgə İftar açmaqla yanaşı Bakcell abunəçilərinə zəng etmək üçün pulsuz 10 dəqiqə əldə edəcəklər.

Ramazan kampaniyası çərçivəsində Bakcell şirkəti Bakı şəhərində Mado, Özsüt, PitStop, Tarihi Sultan Ahmed Köfteçisi, Villa Pizza, Pakdad restoranları, Gəncədə isə Agüloğlu, Başkent, Elegance restoranları ilə əməkdaşlıq edir.

Bakı və Gəncə şəhərində olan Ulduzum abunəçilərinə Ramazan kampaniyasına start verilməsi ilə bağlı kütləvi SMS-lər göndərilir.

Pulsuz dəqiqələri əldə etmək üçün Ulduzum abunəçiləri sadəcə olaraq 5555 SMS nömrəsinə “İFTAR” açar sözünü göndərməlidirlər. Mesaj göndəriləndən sonra abunəçiyə restoranların adları və onlar haqqında əlavə məlumat SMS vasitəsilə göndəriləcək.

Bu kampaniyanın məqsədi müştərilərin sadiqliyini artırmaq və Müqəddəs Ramazan Ayı çərçivəsində Ulduzum sadiqlik proqramının abunəçilərini mükafatlandırmaqdır.

Aid olduğu bloglar

Bakcell

Azərbaycanın ilk GSM operatoru Bakcell`in blogu.

Oxucuları
41
Başlıqları
79
Reytinq
4.58

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər