Bakcell LTE (4G) xidmətini istifadəyə verir

Bakcell şirkəti 5 may 2015-ci il tarixində özünün 4-cü Sü[email protected] brendinin — 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edir. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sü[email protected] xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Bakcell LTE
4G xidməti sayəsində Bakcell abunəçiləri şirkətin ən müasir LTE şəbəkəsindən faydalanaraq, iri həcmli faylları, demək olar ki, bir göz qırpımında yükləyib göndərə, musiqi axınlarını buferizasiyanı gözləmədən dinləyə, habelə şəbəkədə ləngimənin cüzi olduğundan onlayn oyunlar oynaya biləcəklər.

ƏLAVƏ OXU: Azərbaycanın mobil operatoru SMS-spamdan müdafiə xidmətini istifadəyə verir

“Biz Bakcell abunəçilərinə ən yüksək keyfiyyətə malik 4G LTE xidmətlərini təqdim etməkdən qürur duyuruq. Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sü[email protected] xidmətindən sonra, abunəçilərimiz “Bakcell”in bazarda ən yüksək keyfiyyətə malik və ən yaxşı qiymət təklifi təmin edən 4-cü Sü[email protected] xidmətindən istifadə edə bilərlər. Azərbaycan bazarında 4G xidmətlərinə olan tələbat və 4G texnologiyasını dəstəkləyən cihazların sayı əhəmiyyətli dərəcədə artmaqdadır və biz hesab edirik ki, LTE xidmətlərini istifadəyə vermək üçün indi ən münasib vaxtdır” deyə, Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

Bakcell şirkətinin təqdim etdiyi 1800MHz tezlik diapazonunda (Band #3) mövcud olan və 150 Mbit/s çatan sürəti dəstəkləyən 4G/LTE şəbəkəsi ilə abunəçilər öz mobil cihazlarında multimedia xidmətlərindən, mobil televiziyadan, videokonfranslardan, monitorinq sistemlərindən, müxtəlif onlayn oyunlardan daha rahat istifadə etmək imkanına malik olurlar. Şəbəkə resursu serverinin məhsuldarlığı (istifadəçinin məzmun yüklədiyi server), istifadəçinin yerləşdiyi məkan, gün ərzində istifadə olunduğu vaxt və şəbəkənin yüklənmə vəziyyəti kimi müxtəlif amillərdən asılı olaraq, Bakcell şirkətinin 4-cü Sü[email protected] xidməti digər mobil internet xidmətləri ilə rəqabət aparmaq üçün aşağıdakı faydaları təmin edir:
Bakcell 4G
“İlk mərhələdə bu xidmətdən Bakının bir neçə rayonunda istifadə etmək mümkün olacaq, lakin bizim planlarımıza bu şəbəkənin sürətlə genişləndirilməsi daxildir, belə ki, şəbəkə yüksək tələbatın və 4G texnologiyasını dəstəkləyən cihazların kifayət qədər olduğu bütün əraziləri əhatə etməlidir” deyə, cənab Şirer əlavə edib.

Hazırda 4G LTE şəbəkəsinin əhatə dairəsini bu linkdəki xəritədə görə bilərsiniz: www.bakcell.com/az/4-cu-sur

ƏLAVƏ OXU: Bakının ictimai yerlərində internetdən pulsuz istifadə etmək mümkün olacaq

Noutbuklardan istifadə etməyə üstünlük verən istifadəçilər üçün Bakcell şirkəti 60 AZN-ə üç aylıq 45GB yüksək sürətli internet xidmətinə qoşulmağı təklif edir. Bu xidməti seçən bütün abunəçilərə məhdud dövr ərzində pulsuz LTE modemi hədiyyə olunacaq.

Planşet istifadəçiləri də əlverişli təklifdən faydalana bilərlər: ayda 15 AZN ödəməklə 10GB həcmində 4G mobil internet, üstəgəl pulsuz 4G SIM kart.

Kommersiya təklifləri barədə daha ətraflı məlumat almaq üçün www.bakcell.com/az/4-cu-sur səhifəsinə daxil olmağınız xahiş olunur.
Bakcell LTE
Bakcell LTE
Bakcell LTE
Bakcell LTE

Aid olduğu bloglar

Bakcell

Azərbaycanın ilk GSM operatoru Bakcell`in blogu.

Oxucuları
41
Başlıqları
122
Reytinq
4.58

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2179
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər