Bakcell-in ötürücü stansiyalarından oğurluq edən şəxslər tutulub

Bakcell şirkətinə məxsus ötürücü stansiyaların yerləşdiyi ərazidən kommunikasiya batareyalarının oğurlanmasında şübhəli hesab olunan şəxslər Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının operativ əməliyyat tədbirləri nəticəsində qısa müddət ərzində tutulub.
Ogurluq
Həbs olunan şəxslər öz ifadələrində 12 ədəd batareyanı Bakı ətrafında yerləşən ötürücü stansiyadan oğurladıqlarını etiraf ediblər. Faktla bağlı cinayət işi başlanılıb və müvafiq istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, həmin şəxslərin təqsiri sübut edilərsə, onları uzun müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

“Bakcell” MMC bildirir ki, şirkətin ötürücü stansiyaları 24 saat ərzində işləyən təhlükəsizlik kameraları ilə təchiz olunub və yüksəkkeyfiyyətli videogörüntülər təhlükəsizlik məqsədilə arxivləşdirilir. Bununla yanaşı, müvafiq obyektlərdə oğurluq və digər qanunsuz əməllərin qarşısını almaq məqsədilə siqnalizasiya və sair yüksək texniki vasitələrdən istifadə olunur.

İstinad olunan mənbə: az.trend.az/business/it/2369845.html

Aid olduğu bloglar

Bakcell

Azərbaycanın ilk GSM operatoru Bakcell`in blogu.

Oxucuları
42
Başlıqları
149
Reytinq
4.58

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər