Bakcell virtual futbol çempionatını təşkil edir

Bakcell şirkəti Bakcell Virtual Futbol Çempionatı adlı virtual futbol turnirini təşkil edir. Turnirdə yalnız orta məktəbin 9, 10 və 11-ci sinif şagirdləri iştirak edə bilər. Azərbaycanın virtual futbol üzrə ən güclü oyunçularını təyin etmək məqsədilə Bakcell şirkəti çempionatın ölkənin səkkiz şəhərində keçirilməsini qərara aldı.


Beləliklə, çempionatın ilkin mərhələsi Bakı(20-23 fevral), Sumqayıt(28 fevral-1 mart), Qəbələ(14-15 mart), Zaqatala(7-8 mart), Lənkəran(28-29 mart), Mingəçevir(4-5 aprel), Gəncə(11-12 aprel) və Şəki(21-22 mart) şəhərlərində keçiriləcək. Bu şəhərlərdə qalib gələn səkkiz iştirakçı aprelin 26-da Bakıda keçiriləcək final oyunlarında görüşəcək.

Turnir haqqında iştirakçılara ətraflı məlumat vermək üçün tədbirin təşkilati komandası adıçəkilən bölgələrə səfər edərək burada promo-kampaniyalar keçiriləcək. Bundan başqa, hər bir regionda iştirakçıların qeydiyyatı üçün stend quraşdırılacaq. Dərs prosesinə mane olmamaq üçün turnirlər şənbə və bazar günləri şəhərlərin mərkəzlərində yerləşən orta məktəblərdə və ya idman komplekslərində baş tutacaq.

Turnirin qalibi İngiltərənin Mançester şəhərinə yollanıb “Mançester Yunayted”in ulduzları ilə virtual futbol oynamaq imkanı qazanacaq.

Turnir haqqında əlavə məlumat burada əldə edə bilərsiniz.

Aid olduğu bloglar

Bakcell

Azərbaycanın ilk GSM operatoru Bakcell`in blogu.

Oxucuları
41
Başlıqları
122
Reytinq
4.58

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər