"Bakcell"dən “Rəqəmsal kənd”


Bakcell şirkəti, “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyası ilə birlikdə “Rəqəmsal kənd” layihəsinin icrasına başlayıb. Bu barədə şirkətin yayımladığı məlumatda bildirilir:

Layihənin məqsədi“SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının himayəsində yaşayan uşaqların müasirinformasiya-kommunikasiya texnologiyalarından və İnternet resurslarından istifadəsinə şərait yaratmaqdır.Layihə uşaqların İnternet məkanından resurs kimi istifadə edərək lazımi məlumatlara çıxışını təmin edəcək, həmçinin onlara ev tapşırıqlarını yerinə yetirmək və əlavə biliklər əldə etməkdə dəstək olacaq.

Bu məqsədlə Bakcell şirkəti Bakı və Gəncə şəhərində yerləşən SOS kəndlərində uşaqların yaşadığı bütün evləri ən yeni kompüter avadanlığı ilə təchiz edib. Hər iki uşaq kəndində Wi-Fi infrastukturu qurulub. Bununla yanaşı, uşaqların İnternetə təhlükəsiz çıxışını təmin etmək məqsədiləməzmunun filtirlənməsi həyata keçirilib.
“Rəqəmsal Kənd” layihəsi“SOS Uşaq Kəndləri”nin fəaliyyət göstərdiyi bütün ölkələrdəhəyata keçirilir.

Qeyd edək ki, “SOS”la Bakcell şirkəti arasında əməkdaşlıq 2009-cu ildən başlayıb. “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində indiyə kimi 4 birgə layihə həyata keçirilib.

Aid olduğu bloglar

Bakcell

Azərbaycanın ilk GSM operatoru Bakcell`in blogu.

Oxucuları
42
Başlıqları
149
Reytinq
4.58

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər