Bakcell rouminq tərəfdaşlarının sayını açıqladı


Bakcell şirkəti rouminq tərəfdaşlarının sayını (ölkələr, mobil operatorlar, GPRS, Camel rouminq xidməti və s.) açıqlayıb. Şirkətin məlumatına əsasən, bu saya görə o hazırda ölkədə fəaliyyət göstərən mobil operatorlar arasında liderdir. Şirkətin bu barədə məlumatını təqdim edirik:

Bakcell abunəçiləri hazırda dünyanın hər yerində — Avropa, Asiya, Şimali və Cənubi Amerika, Avstraliya və Afrikadarouminq xidmətlərindən yararlana bilərlər.Bakcell ümumilikdə 168 ölkədə 417 mobil operatorla rouminq əlaqələri qurub. GSM xidməti ilə yanaşı, Camel rouminq xidməti və GPRS (İnternetdən) rouminq üzrə də Bakcell ən yüksək göstəricilərə malikdir.

Şirkətin təqdim etdiyi son rouminq kampaniyasının şərtlərinə əsasən Birləşmiş Ərəb Əmirliklərinə səfər edən abunəçiləri “Bakcell”in bazarda olan ən yaxşı təklifindən istifadə edərək bir meqabayt İnternet üçün cəmi 0.25 AZN,daxil olan zənglərin dəqiqəsi üçün cəmi 0.25 AZN, çıxan zənglərin dəqiqəsi üçün isə cəmi 0.75 AZN ödəyirlər. Kampaniyaya qoşulmaq üçün *130#YES kodunu yığmaq kifayətdir.

Aid olduğu bloglar

Twitter

Twitterdə nələr baş verir. Dünyanın yeni trendindən yeni xəbərlər.

Oxucuları
5
Başlıqları
156
Reytinq
-1.13

Bakcell

Azərbaycanın ilk GSM operatoru Bakcell`in blogu.

Oxucuları
42
Başlıqları
149
Reytinq
4.58

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər