“Nar” BakuTel sərgisində ən son məhsullarını təqdim edəcək


“Nar” BakuTel-2017 23-cü beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisində iştirak edəcək. Mobil operator hər il olduğu kimi bu il də sərgidə özünün ən son yeniliklərini təqdim etməyi planlaşdırır.

Dörd gün ərzində davam edəcək sərgi müddətində “Nar” səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini, fiber-optik texnologiya əsasında yüksəksürətli sabit internet, IPTV və mobil rabitə xidmətlərini vahid ödənişlə təklif edən “Qutu” məhsulunu, ölkədaxili danışıq dəqiqələri ilə bol internetin daxil olduğu yeni “Full” paketlərini, xaricdə alış-veriş edərkən əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması prosesini sadələşdirən “Nar TaxFree” mobil tətbiqini və digər nailiyyətlərini sərgi iştirakçılarına təqdim edəcək.

Sərgi iştirakçıları LTE-A (LTE-Advanced) innovativ texnologiyasının test sınamasında iştirak edərək, “Nar” şəbəkəsinin təqdim etdiyi yüksəksürətli internet bağlantısını da bilavasitə sınaqdan keçirə biləcəklər.

Sərgi günlərində “Nar” stendində texnoloji yeniliklərlə yanaşı, əyləncəli yarışmalar da keçiriləcəkdir. Məsələn, “İrşad Electronics” mağazalar şəbəkəsi ilə birgə təşkil ediləcək müsabiqə çərçivəsində “Nar” stendinin qonaqları dəyərli smartfon qazanmaq şansına sahib olacaqlar. Qeyd edək ki, müsabiqə bütün sərgi günlərində təşkil ediləcək və hər bir günün qalibi smartfona sahib olacaq.

“Nar” hər kəsi 5-8 dekabr 2017-ci il tarixləri arasında Bakı Ekspo Mərkəzində keçiriləcək BakuTel-2017 23-cü beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisindəki “Nar” stendinə dəvət edir.

Aid olduğu bloglar

Azerfon

Azərbaycanın 3-cü GSM operatoru Azerfon Nar Mobile haqqında xəbərlər. Kompaniyalar, tariflər və yeniliklər.

Oxucuları
24
Başlıqları
120
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər