“Microsoft” Bakıda təhlükəsizlik seminarı keçirib


“Microsoft Azerbaijan” şirkəti Bakıda tərəfdaşları və müştəriləri üçün təhlükəsizlik seminarı keçirib. Tədbirdə rəqəmsal təhlükəsizlik, onun biznesdə tətbiqi metodları və bu istiqamətdə “Microsoft”un yeni məhsul və imkanları məsələləri müzakirə olunub.

Seminarı aparan “Microsoft” MDB-nin “Windows” istiqamətinin inkişafı üzrə rəhbəri Ulan Karajiqitov “Microsoft”un kibertəhlükəsizliklə bağlı əsas prinsip və yanaşmaları barədə məlumat verib, bir neçə detallı nümunə göstərib, WaaS (“Windows as a Service”) iş modelinin təsvirini nümayiş etdirib, kibertəhdidlərdən müdafiənin bulud həlli məsələsinə toxunub və “Windows 10” əməliyyat sisteminə keçiddən əldə edilən ümumi iqtisadi səmərəni vurğulayıb.

U. Karajiqitovun sözlərinə görə, “Microsoft” korporasiyası məhsullarının, istifadəçilərinin və ümulikdə informasiya məkanının təhlükəsizliyinin gücləndirilməsinə hər il təxminən 1 mlrd. ABŞ dolları investisiya yatırır. Sənaye bulud texnologiyaları üzərində olan müdafiə vasitələrini fəal şəkildə inkişaf etdirir. Ötən il “Microsoft” şirkəti iş stansiyalarında anomal prosesləri müəyyən etmək üçün maşın təlimi elementlərindən istifadə edən “Windows Defender Advanced Threat Protection”u (WDATP) təqdim edib. WDATP və digər müdafiə vasitələrinin müsbət cəhəti ondadır ki, onlar əməliyyat sisteminə artıq quraşdırılıb. Yəni, 100% uyğunlaşdırılıb, quraşdırmada heç bir çətinlik yaratmıyacaq və kompüterin işləmə sürətini zəiflətməyəcək.

“WDATP-dən başqa “Microsoft”un istifadəçilər tərəfindən təhdidləri müəyyən etməyə və real zərər vurmamşıdan öncə onlara reaksiya verməyə kömək edən digər həlləri də mövcuddur. Məsələn, “Exchange Online Advanced Threat Protection” həlli – viruslu kontenti və fişinqi təcrid edir, “Advanced Threat Analytics” – şübhəli fəallıqlar barədə xəbərdar edir, “Azure Security Center” – virtual maşınlar zərərverici proqramların təsirinə məruz qaldığını müəyyənləşdirməyə yardım edir,
“Edge Smart screen” isə – internet vasitəsilə yayılan fişinq və digər zərərverici proqramları müəyyənləşdirərək bloklayır”, — deyə U. Karajiqitov əlavə edib.

“Microsoft”un nümayəndəsi onu da bildirib ki, hazırda düşünülmüş investisiyalar, İT sistemlərin müdafiəsi sahəsində perspektivli startapların satın-alınması sayəsində şirkət qətiyyətlə lider istehsalçılar sıyahısında yer alır.

Aid olduğu bloglar

Azerfon

Azərbaycanın 3-cü GSM operatoru Azerfon Nar Mobile haqqında xəbərlər. Kompaniyalar, tariflər və yeniliklər.

Oxucuları
24
Başlıqları
122
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər