“Nar” kiçik həcmli internet paketlərini də limitsiz etdi


Abunəçilərin yay mövsümündə mobil internetdən daha rahat istifadəsini təmin etmək məqsədilə, “Nar” Turbo paketlərində interneti limitsiz etdi. İndi Turbo XS, Turbo S və Turbo M paketlərini əldə edən abunəçilər ölkənin hər yerində yüksək sürətli “Nar” internetindən yararlana bilər. Paket çərçivəsində təqdim olunan data trafik sərf olunarsa, paketin istifadə müddətinin sonuna qədər internet bağlantısı kəsilmir.
Turbo XS (60 Mb), Turbo S (200 Mb) və Turbo M (600 Mb) paketlərindən yararlanmaq üçün +XS, +S və ya +M yazaraq 777 nömrəsinə SMS göndərmək lazımdır. Paketlərin dəyəri müvafiq olaraq 1, 2 və 3 AZN təşkil edir.

Qeyd edək ki, “Nar”-ın təqdim etdiyi bütün paketlərdə internet limitsiz olduğuna görə, paketin həcmi bitdikdən sonra, istifadə müddətinin sonuna qədər, abunəçilərin balansı toxunulmaz qalır, yalnız internetin sürəti məhdudlaşdırılır. Paketin istifadə müddəti bitənə qədər abunəçilər WhatsApp və digər messencerlərdən tamamilə pulsuz və rahat istifadə edə bilər.

Həmçinin, internet bağlantısı saxladığına görə, mobil operator traffik bitdikdən sonra abunəçilər üçün yarana biləcək gözlənilməz xərclərin qarşısını alır.
“Nar” internet paketləri haqqında bütün məlumatı nar.az/internet saytından əldə edə bilərsiniz.

Aid olduğu bloglar

Azerfon

Azərbaycanın 3-cü GSM operatoru Azerfon Nar Mobile haqqında xəbərlər. Kompaniyalar, tariflər və yeniliklər.

Oxucuları
24
Başlıqları
122
Reytinq
2.32

Korporativ: Nar Mobile

Şəbəkə Azərbaycanın 80%-ni əhatə edir. Hazırda abunəçilərinin sayı 2 milyondur.

Oxucuları
1
Başlıqları
65
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər