"Bakutel"də “Nar” stendi: "Qutu" və ölkə coğrafiyasına virtual səyahət


«Nar” mobil operatoru hər il olduğu kimi bu il də XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (Bakutel-2016) sərgisində ən son yeniliklərini təqdim edib.

Bu dəfəki sərgidə “Nar” şirkəti müasir rabitə tələbləri – ev üçün internet və IPTV xidmətləri, mobil rabitə üçün danışıq və internet, həmçinin SMS xidmətlərinin vahid platforma üzərindən təqdim edilməsini nəzərdə tutan tamamilə yeni „Qutu” məhsulunu, yüksək sürətli məlumat mübadiləsini təmin edən LTE-A (LTE-Advanced) şəbəkəsini, “Augmented Reality” virtual reallıq texnologiyasını və digər yeniliklərini ziyarətçilərə təqdim edib.

Sərgi zamanı „Nar” özünün çoxfunksiyalı rabitə strategiyası çərçivəsində təqdim etdiyi “Qutu” məhsulunu ilk dəfə ictimaiyyətin diqqətinə çatdırıb. Bu məhsulun əsas mahiyyəti müasir rabitə tələblərinin vahid platforma üzərindən idarə olunmasıdır. „Qutu” sayəsində abunəçi artıq ayrı-ayrı xidmətləri əldə etmək üçün əlavə vaxt itirməyəcək, bütün xidmətləri bir paketdə əldə edərək ümumi xərclərinə qənaət edə biləcək və həftədə 7 gün 24 saat özəl müştəri xidmətlərindən faydalanmaq fürsəti qazanacaq.

Qeyd edək ki, bu məhsulu 2017-ci ilin yanvar ayından etibarən əldə etmək mümkün olacaq. Sərgi günlərində “Nar” stendində və ya dekabr ayı ərzində rabitə operatorunun internet səhifəsində (nar.az) qeydiyyatdan keçmiş abunəçilər arasından təsadüfi seçilmiş 100 nəfər „Pulsuz ay” fürsətindən yararlanmaq şansı əldə edəcək.

Sərgidə nümayiş etdirilən yeniliklərdən biri də genişləndirilmiş “Nar” şəbəkəsinin məhsulu olan LTE-A (LTE-Advanced) innovativ texnologiyasıdır. Sərgi iştirakçıları „Nar” şəbəkəsinin təqdim etdiyi yüksəksürətli internet bağlantısını bilavasitə sınaqdan keçirə biləcəklər.

Bundan əlavə, “Nar” stendinin ziyarətçiləri yeni „Yerlim” tarifinin tanıdılması çərçivəsində Azərbaycanda ilk dəfə olaraq ölkə coğrafiyasında virtual səyahət etmək imkanı verən və virtual reallıq texnologiyasına əsaslanan “Augmented Reality” interaktiv turunun birbaşa iştirakçısı ola biləcəklər.

Aid olduğu bloglar

Azerfon

Azərbaycanın 3-cü GSM operatoru Azerfon Nar Mobile haqqında xəbərlər. Kompaniyalar, tariflər və yeniliklər.

Oxucuları
24
Başlıqları
122
Reytinq
2.32

Korporativ: Nar Mobile

Şəbəkə Azərbaycanın 80%-ni əhatə edir. Hazırda abunəçilərinin sayı 2 milyondur.

Oxucuları
1
Başlıqları
65
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər