“İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” mövzusunda elmi konfrans keçirilib


12-14 oktyabr 2016-cı il tarixdə texnika sahəsində çalışan mütəxəssislərin beynəlxalq qeyri-kommersiya assosiasiyası olan və radioelektronika, elektrotexnika, hesablama sistemləri və şəbəkələri standartlarının hazırlanması sahəsi üzrə bir dünya lideri hesab edilən Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun (Institute of Electrical and Electronics Engineers – IEEE) “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” (Application of Information and Communication Technologies – AICT-2016) mövzusundakı 10-cu beynəlxalq konfransı Azərbaycanda keçirildi.
Azərbaycan Respublikası Rabitə və yüksək texnologiyalar nazirliyi və Təhsil nazirliyinin dəstəyi ilə təşkil edilən üçgünlük elmi konfrans Qafqaz Universitetinin tədris binasında, Bakı Dövlət Universitetində və Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunda keçirildi.

İnformasiya texnologiyalarının inkişafı və innovasiyalara xüsusi önəm verən “Nar” bu mötəbər tədbirə dəstək verərək, forumun təşkilatçıları arasında yer aldı. Konfransın açılış mərasimində çıxış edən “Azerfon” şirkətinin texniki və informasiya texnologiyaları üzrə baş müdiri Xəyyam Həsənli informasiya texnologiyaları sahəsindəki yeni trendlərin mobil rabitədə tətbiqi və innovasiyalara meyl edən “Nar” operatorunun bu sahədəki böyük və uğurlu təcrübəsindən söhbət açdı. Çoxsaylı yerli və xarici qonaqların iştirak etdiyi tədbir dəyərli elmi müzakirələr və geniş təcrübə mübadiləsi formatında keçirildi.

Aid olduğu bloglar

Azerfon

Azərbaycanın 3-cü GSM operatoru Azerfon Nar Mobile haqqında xəbərlər. Kompaniyalar, tariflər və yeniliklər.

Oxucuları
24
Başlıqları
69
Reytinq
2.32

Tədbirlər

Azərbaycanda və Azərbaycandan kənarda baş verən, blogumuzun istifadəçilərinə maraqlı və faydalı ola biləcək tədbirlər haqqında

Oxucuları
12
Başlıqları
225
Reytinq
1.13

Korporativ: Nar Mobile

Şəbəkə Azərbaycanın 80%-ni əhatə edir. Hazırda abunəçilərinin sayı 2 milyondur.

Oxucuları
1
Başlıqları
39
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər